Hansı hallarda səyyar vergi yoxlaması 7 ilə qədər dövrü əhatə edə bilər?
Satışı bitən amma 2023-cü ilin yanvar ayından satışda olacaq “Vergi uçotu: A-dan Z-yə” (VII nəşr) kitabından seçmə
Vergi Məcəlləsinin 56.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinin (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) pozulması anından 3 il (xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda həmin gəlirlər üzrə 5 il, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamalarında isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti, yəni 7 il) keçmişdirsə, şəxs həmin hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz.
Göründüyü kimi Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamaları 3 ildən daha uzun, 7 il müddətinə qədər həyata keçirilə bilər.
Mİsal. Vergi orqanı 1 aprel 2019-ci il tarixdə vergi yoxlaması həyata keçirən zaman 2016, 2017 və 2018-ci il tarixləri üzrə Mənfəət vergisi bəyannaməsini yoxlaya bilərdi. 1 yanvar 2020-ci il tarixdən etibarən isə vergi orqanı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamalarında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddətini, yəni 7 illik periodu yoxlaya bilər.
Bundan əlavə, məcburi dövlət sosial sığortası, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə yoxlamaların müddəti 3 illə tənzimlənmir. Həmin icbari ödənişlər üzrə yoxlamaların maksimum müddəti müəyyən edilməyib.
Bu da o deməkdur ki, məsələn 1 aprel 2020-ci il tarixdən başlayan vergi yoxlamalarında məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə yoxlamaların aşağı müddəti 2017-ci illə məhdudlaşmır.
Həmçinin, vergi orqanı xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda həmin gəlirlər üzrə 3 il, yox 5 il üzrə hüquq pozuntusunu yoxlaya bilər.
Göründüyü kimi, 1 yanvar 2020-ci il tarixindən vergi orqanlarına daha uzun müddəti yoxlamaq səlahiyyəti verilib.
Satışda olan YENİ nəşrimiz: "ƏMAS platforması: A-dan Z-yə" kitabı
0 Komment
Şərh yazın