Borcların silinməsi ardıcıllığı necə həyata keçirilir?

Borcların silinməsi ardıcıllığı necə həyata keçirilir?

Satışı bitən amma 2023-cü ilin yanvar ayından satışda olacaq “Vergi uçotu: A-dan Z-yə” (VII nəşr) kitabından seçmə

 

1 yanvar 2020-ci il tarixdən Vergi Məcəllləsinin 88-ci, “Vergilər üzrə borcların ödənilməsi qaydası” adlı maddəsi yeni redaksiyada təsdiq olunub.

Dəyişiklikdə məqsəd vergi və məcburi dövlət sosial sığorta üzrə ödənişlərin edilməsi qaydasının fərqləndirilməsidir.

Vergi üzrə yaranmış borclar zamanıı ödənilmə eyni qaydada həyata keçiriləcək:

-  Yaranma tarixi ardıcıllığı ilə hesablanmış verginin məbləği;

-  Hesablanmış faizlərin məbləği;              

-  Tətbiq edilmiş maliyyə sanksiyalarının məbləği.

Mİsal. Vergi ödəyicisinin 2020-ci ilin 1-ci və 2-cü rübü üzrə müvafiq olaraq 400 manat və 500 manat vergi borcu var. Vergi ödəyicisi 10 oktyabr 2020-ci il tarixdə 100 manat ödəniş edərsə, bu zaman ilk olaraq birinci rüb üzrə borc azaldılacaq.

1 yanvar 2020-ci il tarixdən etibarən isə, məcburi dövlət sosial sığorta üzrə yaranmış borcların aşağıdakı ardıcıllıqla ödənilməsi nəzərdə tutulur:

 - Cari rüb üzrə borc;

- Cari rübdən geriyə doğru (daha əvvəl yaranan borclar üzrə) yaranan borclar ardıcıl olaraq;

- Yaranma tarixi ardıcıllığı ilə hesablanmış faizlərin məbləği;

- Yaranma tarixi ardıcıllığı ilə tətbiq edilmiş maliyyə sanksiyalarının məbləği.

 

Satışda olan YENİ nəşrimiz: "ƏMAS platforması: A-dan Z-yə" kitabı

Proqram təminatı və əmək qanunvericiliyinin tələblərinin  addım-addım izahı + 20-ə yaxın Nümünəvi forma

Kitabın istənilən ünvana çatdırılması ödənişsiz olaraq həyata keçirilir.

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72,  012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın