Ödəmə mənbəyində vergini hesablamaq üçün hansı düsturdan istifadə edilir?

Ödəmə mənbəyində vergini hesablamaq üçün hansı düsturdan istifadə edilir?

Satışı bitən amma 2023-cü ilin yanvar ayından satışda olacaq “Vergi uçotu: A-dan Z-yə” (VII nəşr) kitabından seçmə

Ödəmə mənbəyində verginin hesablanması ilə bağlı bəzi hallarda vergi ödəyicisinin ödənilən məbləğdən vergi hesablamasına rast gəlinir. Misal üçün, qeyri-rezidentə 10 000 dollar vəsait ödənilirsə, ödəmə mənbəyində vergini də 1 000 dolar məbləğində (10 000 dollar x 10 faiz (ödəmə mənbəyində verginin dərəcəsi) hesablayır. Amma təbii ki, ödəmə mənbəyində vergi hesabatı təqdim edərkən problemlərl üzləşir və əksər hallarda vergi orqanı tərəfindən kameral uyğunsuzluq barədə məktublar gəlir. O səbəbdən də, ödəmə mənbəyində vergini hesablamaq üçün düstur təklif edirik ki, təcrübədə tətbiq etsinlər.

Fərz edək ki, ödənilən məbləğ X, hesablanan verginin dərəcəsi Y-dır. Bu zaman hesablanancaq məbləği tapmaq üçün düsturmuz aşağıdakı kimi olacaq:

Z= X/(1- (Y/100)

OMV= Z x Y%

Mİsal 1.. Vergi ödəyicisi vətandaşdan götürdüyü əmlakın icarə haqqı üzrə ödənişi 500 manat müəyyən edib. Bu zaman düsturumuza  uyğun hesablama aşağıdakı kimi olacaq:

Hesablannmış məbləğ (Z) = (500 manat (ödəniləcək məbləğ - X))/ (1- 14 (ödəmə mənbəyində vergi/100)= 500/0.86=581.39 manat

OMV= 581,39 manat (Hesablanmış məbləğ) x 14 faiz= 81,39 manat

Analoji heablamanı digər ödəmə mənbəyində vergiyə tətbiq edək. 

Beynəlxalq daşımada ödəmə mənbəyində verginin dərəcəsi 6 faiz olduğu üçün, ödəniləcək məbləği 0,94-ə bölmək lazımdır. Misal üçün, 1200 dollar daşıma xidməti müəyyənləşdirilibsə, o zaman hesablanan məbləğ 1276,59 follar (1200 dollar (ödəniləcək məbləğ)/ 0.94 əmsal (6 faizlik ödəmə mənbəyində vergi dərəcəsi nəzərə alınmaqla əmsal) təşkil edəcək. Bu səbəbdən də vergi ödəyicisinin dövlət büdcəsinə ödəyəcəyi məbləğ 76,59 dollar (1276,59 dollar (hesablanan məbləğ) x 6 faiz (ödəmə mənbəyində vergi) olacaq.

İndi isə, dividend, faiz gəlirləri və qeyri-rezidentlərə ödənilən məbləğlər üzrə ödəmə mənbəyində hesablanan 10 faizlik vergi haqqında məlumat verək. Bu halda ödəniləcək məbləği 0,90-a bölməklə hesablanacaq məbləği tapmaq mümkün olacaq. Misal üçün, ödəniləcək dividendin məbləği 4 000  manatdırsa, o zaman hesabanacaq məbləğ 4444,44 manat (4000 manat (ödəniləcək məbləğ) / 0.90 (10 faizlik ödəmə mənbəyində vergi dərəcəsi nəzərə alınmaqla əmsal) təşkil edir. Vergi ödəyicisinin vergisi 444, 44 manat (4444, 44 manat (hesablanan məbləğ) x 10 faiz (dividendə görə ödəmə mənbəyindən verginin dərəcəsi) manat təşkil edəcək.

Qeyd edək ki, ödəmə mənbəyində tutulan vergi və  (və ya) mənfəət (gəlir) vergisi bəyannamələrində, ödəniləcək yox, hesablanacaq məbləği qeyd etmək daha düzgündür.

 

Satışda olan YENİ nəşrimiz: "ƏMAS platforması: A-dan Z-yə" kitabı

Proqram təminatı və əmək qanunvericiliyinin tələblərinin  addım-addım izahı + 20-ə yaxın Nümünəvi forma

Kitabın istənilən ünvana çatdırılması ödənişsiz olaraq həyata keçirilir.

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72,  012-564-86-85 və ya [email protected]

1 Komment

  1. Elmira 31 Yanvar 2023

    salam huqquqi şəxs fiziki şəxsdən icarəyə obyekti götürüb. Aylıq icarə haqqı 1900 manat müqavilə üzrə. Bu zaman hansı düstürdan istifadə etmək lazımdır? 1900*14/114= 233.33 manat ÖMV və 1666.67man fiziki şəxsə ödənilməlidir?

Şərh yazın