Vergi ödəyicisi xidməti 2021-ci ildə göstərsə də, elektron qaimə-fakturanı 2022-ci ildə təqdim edərsə, əməliyyat bəyannamədə necə əks olunmaldır?

Vergi ödəyicisi xidməti 2021-ci ildə göstərsə də, elektron qaimə-fakturanı 2022-ci ildə təqdim edərsə, əməliyyat bəyannamədə necə əks olunmaldır?

Satışı bitən amma 2023-cü ilin yanvar ayından satışda olacaq “Vergi uçotu: A-dan Z-yə” (VII nəşr) kitabından seçmə

 

Təcrübədə rast gəlinən hallardan biri də, vergi ödəyicisinin ilin sonlarında yaranan gəlirlər üzrə elektron qaimə-fakturanı növbəti ildə təqdim etməsi hallarıdır.

Mİsal. Hesablama metodu tətbiq edən hüquqi şəxs vergi ödəyicilərinə ofis icarələrinin təqdimini həyata keçirir. 2021-ci ilin dekabr ayı üzrə 30 000 manatlıq icarə haqqı üzrə elektron qaimə-fakturanı yanvar ayında təqdim edib. Vergi ödəyicisi 30 000 manatlıq icarə haqqını 2021-ci ilin, yoxsa 2022-ci ilin bəyannaməsində gəlir kimi qeyd etməlidir?

Vergi ödəyicisi 2021-ci ilin gəlir bəyannaməsində 30 000 manat icarə haqqının gəlir kimi tanımalıdır, icarə haqqlarına görə ödənişlər daxil olmadığı halda, həmin məbləği debitor borc kimi tanımalıdır.

Analoji halı təqdim edilən mallara da tətbiq etmək mümkündür.

Mİsal. Hesablama metodu tətbiq edən vergi ödəyicisi tərəfdaş təşkilatlara  2021-ci ilin dekabr ayı üzrə 20 000 manatlıq malları təqdim etsə də, elektron  qaimə-fakturanı yanvar ayında göndərib. Bu halda  vergi ödəyicisi 20 000 manatlıq gəliri 2021-ci ilin mənfəət bəyannaməsində gəlir kimi qeyd etməlidir.

 

Satışda olan YENİ nəşrimiz: "ƏMAS platforması: A-dan Z-yə" kitabı

Proqram təminatı və əmək qanunvericiliyinin tələblərinin  addım-addım izahı + 20-ə yaxın Nümünəvi forma

Kitabın istənilən ünvana çatdırılması ödənişsiz olaraq həyata keçirilir.

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72,  012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın