Vergilər Nazirliyi MƏCBURİ AUDİT məsələsinə bir daha aydınlıq gətirdi

Vergilər Nazirliyi MƏCBURİ AUDİT məsələsinə bir daha aydınlıq gətirdi

Sual: Bilmək istərdim ki, hansı müəssisələrdə və hansı hallarda məcburi qaydada audit keçirilməlidir? Ümumiyyətlə məcburi audit keçirilməsi tələbi hansı qanun maddəsində göstərilmişdir?
İlqar Abbasov Adil, [email protected], Xırdalan şəhəri (21.02.2018)
Cavab:  Bildiririk ki, “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən audit yoxlaması könüllü qaydada (təsərrüfat subyektinin öz təşəbbüsü ilə) olmaqla yanaşı məcburi qaydada, yəni təsərrüfat subyektləri tərəfindən qanunla bilavasitə nəzərdə tutulmuş hallarda həyata keçirilə bilər.
 
Qanunvericiliyə əsasən məcburi audit keçirməli olan şəxslər sırasına publik hüquqi şəxslər, siyasi partiyalar, ictimai əhəmiyyətli qurumlar, dövlət zəmanəti ilə kredit alan və ya dövlət borcunun xərclənməsi ilə bağlı layihələrdə iştirak edən, həmçinin büdcədən subsidiya, subvensiya, qrant və ya müəyyən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı büdcə vəsaiti ayrılan kommersiya təşkilatları, investisiya fondları, qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslər, sığorta şirkətləri, məhdud məsuliyyətli cəmiyyətlər, səhmdar cəmiyyətlər və s. aid edilmişdir.
 
Bax: Mülki Məcəllənin 91.4-cü və 107.6-cı maddələri, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli 716-IIQ nömrəli Qanununun 12-ci, 12-1-ci və 14.6-cı maddələri, “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının 16 sentyabr 1994-cü il tarixli 992 nömrəli Qanununun 2-ci maddəsi, “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının 22 oktyabr 2010-cu il tarixli 1101-IIIQ nömrəli Qanunu, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının 15 may 2015-ci il tarixli 1284-IVQ nömrəli Qanunu, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 25 dekabr 2007-ci il tarixli 519-IIIQ nömrəli Qanunu.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər