Elektron qaimə-faktura ilkin uçot sənədi kimi qəbul edilə bilər?
Satışı bitən amma 2023-cü ilin yanvar ayından satışda olacaq “Vergi uçotu: A-dan Z-yə” (VII nəşr) kitabından seçmə
Prezident fərmanı ilə təsdiq edilən ictimai-iaşə, istehsal, pərakəndə və topdan ticarətdə gəlirlərin və xərclərin uçotunu tənzimləyən müvafiq qaydalarda Vergi Məcəlləsində elektron qaimə-faktura ilə bağlı edilən son dəyişikliklər nəzərə alınıb.
1 yanvar 2020-ci il tarixdən vergi ödəyiciləri tərəfindən mallar təqdim edilərkən malların təhvil verilməsi üçün maddi-məsul şəxslərin imzası ilə “Elektron qaimə-faktura”nın çap edilmiş forması ilkin uçot sənədi kimi qəbul edilə bilər.
Mİsal. Vergi ödəyicisi qarşı tərəfə 1000 manatlıq mal təqdim edir və həmin mallar üçün elektron qaimə-fakturanı proqram təminatı üzərindən təqdim edir. Çünki 1 yanvar 2020-ci il tarixdən etibarən vergi ödəyiciləri tərəfindən mallar təqdim edilərkən malların təhvil verilməsi üçün maddi-məsul şəxslərin imzası ilə “Elektron qaimə-faktura”nın çap edilmiş formasının ilkin uçot sənədi kimi tərtib edilməsinə icazə verilir. Bu zaman malların təhvil verilməsini təsdiq edən ilkin uçot sənədi kimi kağız formada imzalanmış elektron qaimə-faktura qəbul ediləcək.
Satışda olan YENİ nəşrimiz: "ƏMAS platforması: A-dan Z-yə" kitabı
0 Komment
Şərh yazın