Elektron ticarət qaydasında aparılan əməliyyatlar zamanı hansı vergi öhdəliyi yaranır?

Elektron ticarət qaydasında aparılan əməliyyatlar zamanı hansı vergi öhdəliyi yaranır?

Satışı yekunlaşan “Vergi uçotu: A-dan Z-yə” (VI nəşr) kitabından seçmə

Elektron ticarət zamanı verginin tutulması 1 yanvar 2017-ci il tarixdən başlayaraq Vergi Məcəlləsində və “Elektron ticarət haqqında” Azərbaycan Respublikası Qanununda edilən dəyişikliklərə əsasən həyata keçirilir. Elektron ticarətlə bağlı vacib məqamlar aşağıdakılardır.

Elektron ticarət zamanı aparılan əməliyyatlar üzrə vergi öhdəlikləri yalnız iş və xidmətlərin alınması zamanı yaranır.

Vergi Məcəlləsinin 169.3-cü maddəsində qeyd edilir ki, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezidentə elektron ticarət qaydasında işlərin və xidmətlərin təqdim edilməsinə görə vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən ödənişlər aparılarkən bu maddə ilə müəyyən edilmiş qaydada qeyri-rezidentə ödənilməli olan məbləğə ƏDV hesablanmalı və ödənilməlidir.

Həmçinin, 169.1-ci maddədə qeyd edilir ki, elektron ticarət qaydasında Azərbaycan Respublikasının hüdudlarından kənarda otel xidmətlərinin və aviabiletlərin sifarişi üzrə xidmətlər vergitutma obyekti hesab edilmir.

Mİsal 1. Əliyev Turan plastik kartından istifadə etməklə, “Wizz Air” travel şirkətindən Bakı-Budapeşt reysi üzrə 150 avro ödəməklə bilet əldə edib, həmçinin Vyanada otel xidməti üçün də 300 avro ödəniş edib. Bu halda elektron ticarət üzrə əməliyyatdan ƏDV hesablanmır.

Mİsal 2. Əliyev Turan “Facebook” səhifəsində reklam yerləşdirdiyi üçün kart hesabından 50 avro xidmət haqqı tutulub. Bu zaman, vergi agenti 9 avro (50 avro x 18 faiz) Turanın kartından tutaraq dövlət büdcəsinə ödəyəcək.

Mİsal 3. Əliyev Turan Türkiyənin “Kığılı” firmasından 2 ədəd köynək alır. Bu zaman fiziki şəxs tərəfindən mallar alındığı üçün ƏDV məbləği hesablanmır.

Sual oluna bilər ki, niyə mal aldıqda ƏDV tutulmur, amma xidmət haqlarına ƏDV hesablanır? Mallar alındıqda onlar gömrük məntəqələrindən keçirilərək ölkəyə gətirilir. Əgər gömrük orqanları malların sahibkarlıq məqsədilə gətirilməsini müəyyən edərsə, o zaman qanunvericiliyin tələblərinə uyğun olaraq, vergi və gömrük rüsumları tətbiq olunacaq. Amma xidmətlər üçün belə nəzarət mexanizmi yoxdur.

 

 

 

Satışda olan YENİ nəşrimiz: "ƏMAS platforması: A-dan Z-yə" kitabı

Proqram təminatı və əmək qanunvericiliyinin tələblərinin  addım-addım izahı + 20-ə yaxın Nümünəvi forma

Kitabın istənilən ünvana çatdırılması ödənişsiz olaraq həyata keçirilir.

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72,  012-564-86-85 və ya [email protected]

 

Tematik təlim
 

Mövzu:  " Tabel uçotu və müəssisədaxili intizam qaydaları: Tələblər və Rəsmiləşdirmə"

Zaman: 19 noyabr 2022-ci il tarixdə, saat 15:00-da.

Qeydiyyat üçün: 050-368-12-72,  012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın