Hədiyyə verilən mallar necə rəsmiləşdirilməlidir?

Hədiyyə verilən mallar necə rəsmiləşdirilməlidir?

Satışı yekunlaşan “Vergi uçotu: A-dan Z-yə” (VI nəşr) kitabından seçmə

Mİsal. Vergi ödəyicisi alış dəyəri 1,20 manat olan 200 ədəd malı uşaq  evinə hədiyyə verib. Malın 1 ədədinin satış dəyəri 1,50 manatdır. Hesabat dövrünün sonunda məlum olub ki, alış və satış dəyərləri müvafiq olaraq 10 manat və 12 manat təşkil edən 150 ədəd mal əskikdir. Bu halda həmin malların Mənfəət vergisi bəyananməsində əks etdirilməsi aşağıdakı qaydada aparılacaq.

Birincisi, hədiyyə edilən və əskik gələn malların satış qiyməti ilə təqdim edildiyi qeyd olunacaq. Misalımıza uyğun olaraq hədiyyə verilən malların satış qiyməti 300 manat (1,50 manat (satış qiyməti) x 200 ədəd) təşkil edəcək. Hədiyyə verilən mallar satış dəyəri ilə “Mənfəət vergisi” bəyannaməsinin 206-cı (“Əvəzsiz əsasla təqdim edilmiş aktivlərin dəyəri”) sətrində göstəriləcək.

Qeydlər:

- Hədiyyə verilən malların satış dəyəri Mənfəət vergisi bəyannaməsinin 200.1-ci sətri üzrə hesablamalarda nəzərə alınmalıdır;

- Hədiyyə verilən malların xərci kimi tanınması da malların satışında olduğu kimi “Xərclər” bölməsinin 221.4-cü sətrində qeyd edilməlidir;

Hədiyyə olunan mallar satışda olduğu kimi alış qiyməti ilə (misalımıza uyğun olaraq 240 manat = (1,20 manat (alış dəyəri) x 200 ədəd)) bəyannamənin 1.3.1-cü sətrinin “Təqdim edilmişdir” sütununda qeyd edilməlidir.

Topdansatış ticarət və ya istehsal fəaliyyəti üzrə malların təqdim edilməsi də eyni şəkildə aparılır.

 

Satışda olan YENİ nəşrimiz: "ƏMAS platforması: A-dan Z-yə" kitabı

Proqram təminatı və əmək qanunvericiliyinin tələblərinin  addım-addım izahı + 20-ə yaxın Nümünəvi forma

Kitabın istənilən ünvana çatdırılması ödənişsiz olaraq həyata keçirilir.

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72,  012-564-86-85 və ya [email protected]

 

Tematik təlim
 

Mövzu:  " Tabel uçotu və müəssisədaxili intizam qaydaları: Tələblər və Rəsmiləşdirmə"

Zaman: 19 noyabr 2022-ci il tarixdə, saat 15:00-da.

Qeydiyyat üçün: 050-368-12-72,  012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər