İşçinin 2 güzəşt hüququ olarsa, bu məsələ necə tənzimlənir?
Satışını yekunlaşan “Vergi uçotu: A-dan Z-yə” (VI nəşr) kitabından seçmə
Əmək haqqıdan güzəştlərlə bağlı praktikada çox rast gəlinən və mübahisə doğuran məqamların ən aktuallarını nəzərdən keçirək. Bəzən bir işçinin gəlir vergisindən 2 güzəşt hüququ olur. Vergi Məcəlləsinin 102.7-ci maddəsinin tələblərinə uyğun olaraq, fiziki şəxsin bu Məcəllənin 102.2-ci, 102.3-cü və 102.4-cü maddələri üzrə güzəşt hüququ olduqda, ona bu güzəştlərdən biri, məbləğcə ən böyük olanı verilir.
Bu məsələni misal üzərindən nəzərdən keçirək ki, oxuculara daha aydın olsun.
Mİsal. Müharibə veteranı və məcburi köçkün olan işçinin əsas iş yeri olaraq çalışdığı dövlət və ya neftlə bağlı fəaliyyət sahəsində əmək haqqı 1000 manat təşkil edir. Həmin işçiyə hesablanan gəlir vergisi hesablanarkən güzəştin ən böyüyü, yəni müharibə veteran üçün müəyyən edilən 400 manat güzəşt tətbiq edilir.
O zaman gəlir vergisi belə hesablanır: (1000 manat – 400 manat (güzəşt) - 200 manat (102.1.6-cı maddəyə uyğun güzəşt) = 400 manat x 14%) = 56 manat.
Bəzi güzəştlər var ki, onlardan böyüyü götürülmür, güzəştlər toplanır. İşçinin Vergi Məcəlləsinin 102.5-ci maddəsinə əsasən yəni, qohumluq dərəcəsindən asılı olmayaraq himayəsində azı üç nəfər, o cümlədən gündüz təhsil alan 23 yaşınadək şagirdlər və tələbələr olan ər və ya arvaddan birinin vergi tutulmalı olan aylıq gəlirinə 50 manat məbləğində güzəşt hüququ da olarsa, o zaman bu güzəştlər üzrə məbləğ toplanır.
Mİsal. Müharibə veteranı olan işçinin himayəsində 3 azyaşlı uşaq var. Onun əsas iş yeri olaraq çalışdığı dövlət və ya neftlə bağlı fəaliyyət sahəsində əmək haqqı 1000 manat təşkil edir. Həmin işçiyə hesablanan gəlir vergisi hesablanarkən güzəştlər toplanaraq nəzərə alınır.
Bu halda gəlir vergisi belə hesablanır: (1000 manat – 400 manat (güzəşt) – 50 manat (102.5-ci maddəyə əsasən güzəşt) - 200 manat (102.1.16-cı maddəyə uyğun güzəşt) = 350 manat x 14%) = 49 manat.
Satışda olan YENİ nəşrimiz: "ƏMAS platforması: A-dan Z-yə" kitabı
0 Komment
Şərh yazın