Hansı elektron qaimə-fakturanın sistem tərəfindən təsdiqlənməsi 5 gün ərzində və ya avtomatik həyata keçirmir?

Hansı elektron qaimə-fakturanın sistem tərəfindən təsdiqlənməsi 5 gün ərzində və ya avtomatik həyata keçirmir?

Satışı yekunlaşan “Vergi uçotu: A-dan Z-yə” (VI nəşr) kitabından seçmə

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2021-ci il  tarixli, 26 nömrəli Qərarı ilə təsdiq edilən “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi” Qaydalarının 3.5-ci bəndinə əsasən, bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı və 2.2.9-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri göndərildiyi ayın sonuncu gününədək qəbul edən tərəfindən təsdiq edilmədikdə, həmin elektron qaimə-faktura proqram təminatı vasitəsilə ləğv edilir. Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı və 2.2.9-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri aşağıdakılardır:

-  malların qaytarılması barədə;

- malların qaytarılması istisna olmaqla, Vergi Məcəlləsinin 163-cü maddəsinə əsasən verilən;

- Agent (komisyonçu) tərəfindən malların (işlərin, xidmətlərin) vəkalət verənə (komitentə) qaytarılması barədə;

- bu Məcəllənin 177.5-ci maddəsinə əsasən verilən

Mİsal. Vergi ödəyicisi 10 iyun 2022-ci il tarixdə 30 ədəd malların qaytarılması  ilə bağlı qaimə-faktura təqdim edib. Qarşı tərəf  31 iyun 2022-ci il tarixdə həmin elektron qaimə-fakturanı təsdiq etməzsə, o zaman 1 iyul 2022-ci il tarixdə qeyd edilən proqram təminatı tərəfindən ləğv ediləcək.

 

Növbəti tematik TƏLİMİMİZ:
“Beşgünlük iş rejimindən iş vaxtının cəmlənmiş uçotunadək”
Tarix: 15 oktyabr 2022-ci il saat 15:00
Təlim haqqında ətraflı məlumat üçün "+" işarəsi yazmağınız kifayətdir
Əlaqə vasitələri: 050-368-12-72 (what's up da aktivdir), 012-564-86-85 və ya [email protected]

 

Satışda olan NƏŞRLƏRİMİZ

1) "ƏMAS platforması: A-dan Z-yə"
2) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat (Satışı bitib)
3) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat (Satışı bitib)
4) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
5) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
6) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 60 (50) manat (Satışı bitib)
7) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat (Satışı bitib)
8) Vergi Məcəlləsi 2022 - qiymət 17 (15) manat (Satışına start verilib)

0 Komment

    Şərh yazın