Cari vergi ödəmələrinin həyata keçirilməməsinə görə faiz hesablanması həyata keçirilir?

Cari vergi ödəmələrinin həyata keçirilməməsinə görə faiz hesablanması həyata keçirilir?

Satışı bitən “Vergi uçotu: A-dan Z-yə” (VI nəşr) kitabından seçmə

Vergi Məcəlləsinin 59.1-ci maddəsinə əsasən, vergi və ya cari vergi ödəməsi bu Məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində əlavə vəsait tutulur. Maddədən göründüyü kimi, “cari vergi ödəməsi” anlayışından istifadə edilib.

Mİsal.  Vergi ödəyicisinin 2021-ci il üzrə mənfəət vergisi 12 000 manat təşkil edib. Vergi ödəyicisi Vergi Məcəllənin 151.1-ci maddəsində nəzərdə tutulan metodu tətbiq etdiyindən cari vergi ödəməsinin məbləği əvvəlki vergi ilində hesablanmış vergi məbləğinin 1/4 hissəsini təşkil edir. Vergi Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, hüquqi şəxslər və fərdi sahibkarlar rüb qurtardıqdan sonra 15 gündən gec olmayaraq cari ödəmələrini dövlət büdcəsinə ödəməlidirlər. 

Beləliklə, vergi ödəyicisi 2022-ci ilin aprel, iyul, oktyabr və 2023-cü ilin yanvar ayının 15-dən gec olmayaraq hər dövr üzrə 3 000 manat (20 000 manat / 4) cari vergi ödəməsini dövlət büdcəsinə ödəməlidir. Əks halda vergi ödəyicisinə Vergi Məcəlləsinin 59.1-ci maddəsinə əsasən faiz hesablanması həyata keçiriləcək.

Misalla bağlı bir məqamı bildirək ki, vergi ödəyicisi 2022-ci il üzrə mənfəət vergisi bəyannaməsini 2023-cü ilin yanvar ayından 15-dən tez təqdim etsə, artıq “Cari vergi ödəmələrinin hesablanması haqqında Arayış”ın təqdim edilməsinə ehtiyac qalmadığı üçün cari vergi ödəməsi yox, yekun vergi məbləği formalaşır.

 

Növbəti tematik TƏLİMİMİZ:
“Beşgünlük iş rejimindən iş vaxtının cəmlənmiş uçotunadək”
Tarix: 15 oktyabr 2022-ci il saat 15:00
Təlim haqqında ətraflı məlumat üçün "+" işarəsi yazmağınız kifayətdir
Əlaqə vasitələri: 050-368-12-72 (what's up da aktivdir), 012-564-86-85 və ya [email protected]

 

Satışda olan NƏŞRLƏRİMİZ

1) "ƏMAS platforması: A-dan Z-yə"
2) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat (Satışı bitib)
3) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat (Satışı bitib)
4) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
5) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
6) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 60 (50) manat (Satışı bitib)
7) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat (Satışı bitib)
8) Vergi Məcəlləsi 2022 - qiymət 17 (15) manat (Satışına start verilib)

0 Komment

    Şərh yazın