Nəzarət kassa aparatlarına görə maliyyə sanksiyası necə hesablanacaq?

Nəzarət kassa aparatlarına görə maliyyə sanksiyası necə hesablanacaq?

Dövlət Vergi Xidməti suala aydınlıq gətirir

Sual: Vergi orqanının operatov vergi nəzarətinin keçirilməsi haqqında qərarına uyğun olaraq vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu 3 təsərrüfat subyektində eyni gündə operativ vergi nəzarəti tədbiri həyata keçirilmiş və hər 3 obyekt üzrə nöqsan aşkar edilərək nəticəsi barədə “Nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” aktlar tərtib edilmişdir Həmin aktlar üzrə “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarlar qəbul ounarkən vergi ödəyicisinə təqvim ili ərzində birinci dəfə nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulması kimi yanaşılaraq 1000 manat yoxsa təqvim ili ərzində birinci, ikinci və üçüncü dəfə nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulması kimi yanaşılaraq 10000 (1000, 3000, 6000) manat məbləğində maliyyə sanksiyası tətbiq olunmalıdır?

Cavab: Bildiririk ki, vergi orqanının operativ vergi nəzarətinin keçirilməsi haqqında qərarına uyğun olaraq vergi ödəyicisinə məxsus bir və ya bir neçə təsərrüfat subyekti üzrə operativ vergi nəzarəti həyata keçirildikdə həmin təsərrüfat subyektlərində aşkar olunmuş Vergi Məcəlləsinin 50.1.3-cü maddəsinə əsasən eyni hal üzrə qanun pozuntularına il ərzində birinci dəfə yol verilən pozuntu halı kimi baxılır. Buna əsasən, hər bir təsərrüfat subyekti üzrə aşkar olunan pozuntu hallarına müvafiq qaydada rəsmiləşdirilməklə il ərzində birinci hal kimi yanaşılmalı və vergi ödəyicisinə hər bir təsərrüfat subyekti üzrə Vergi Məcəlləsinin 58.7-ci maddəsinə uyğun olaraq 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməlidir. Yuxarıda qeyd olunanlar Vergi Məcəlləsinin 50-ci və 58-ci maddələri ilə tənzimlənir.

 

Növbəti tematik TƏLİMİMİZ:
“Beşgünlük iş rejimindən iş vaxtının cəmlənmiş uçotunadək”
Tarix: 15 oktyabr 2022-ci il saat 15:00
Təlim haqqında ətraflı məlumat üçün "+" işarəsi yazmağınız kifayətdir
Əlaqə vasitələri: 050-368-12-72 (what's up da aktivdir), 012-564-86-85 və ya [email protected]

 

Satışda olan NƏŞRLƏRİMİZ

1) "ƏMAS platforması: A-dan Z-yə"
2) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat (Satışı bitib)
3) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat (Satışı bitib)
4) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
5) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
6) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 60 (50) manat (Satışı bitib)
7) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat (Satışı bitib)
8) Vergi Məcəlləsi 2022 - qiymət 17 (15) manat (Satışına start verilib)

0 Komment

    Şərh yazın