Bəyannamənin “icarə haqqı” bölməsində 1000 manat yoxsa 860 manat qeyd edilməlidir?

Bəyannamənin “icarə haqqı” bölməsində 1000 manat yoxsa 860 manat qeyd edilməlidir?

Dövlət Vergi Xidməti aydınlıq gətirir

Sual: Müəssisə VÖEN-i olmayan fiziki şəxsdən icarəyə obyekt götürüb. Məbləği 1000 manat. Fiziki şəxsə ÖMV tutularaq 860 manat ödənilir. Bu zaman Mənfəət vergisi bəyannaməsi 221.5 sətirində icarə haqqı neçə manat qeyd edilməlidir? Lokal Gəlirlər departamenti bəyannamələr şöbəsində telefonla deyirlər ki, 860 manat yazılmalıdır. Siz necə şərh verirsiz?
Cavab: Bildiririk ki, icarə haqqı ilə əlaqədar çəkilmiş xərclər gəlirin əldə edilməsi ilə bağlı olduğu halda “Mənfəət vergisinin bəyannaməsi” təqdim edilərkən bəyannamənin “Hesabat dövründə gəlirlərin əldə edilməsi ilə bağlı Xərclər” hissəsinin 221.5-ci sətrində həmin dövr üzrə vergi uçotu metodundan asılı olaraq ödənilmiş və ya hesablanmış icarə haqqı məbləğləri (icarə haqqına görə ödəmə mənbəyində tutulmuş vergi çıxılmadan) əks etdirilməklə (sorğunuzda qeyd olunan halda 1000 manat) gəlirdən çıxılır.

Əsas:Vergi Məcəlləsinin 108-ci və 124-cü maddələri.

 

Satışda olan NƏŞRLƏRİMİZ

1) "ƏMAS platforması: A-dan Z-yə"
2) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat (Satışı bitib)
3) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat (Satışı bitib)
4) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
5) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
6) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 60 (50) manat (Satışı bitib)
7) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat (Satışı bitib)
8) Vergi Məcəlləsi 2022 - qiymət 17 (15) manat (Satışına start verilib)

0 Komment

    Şərh yazın