Sadələşdirilmiş vergi ödəyicisi 200 000 manatdan çox ƏDV-dən azad sahibkarlıq fəaliyyəti həyata keçirdikdə, hansı hüququnu itirir?

Sadələşdirilmiş vergi ödəyicisi 200 000 manatdan çox ƏDV-dən azad sahibkarlıq fəaliyyəti həyata keçirdikdə, hansı hüququnu itirir?

Dövlət Vergi Xidməti aydınlıq gətirir

Sual 1. Vergi Məcəlləsinin 218.1.1 maddəsində qeyd olunan "bu Məcəllənin XI fəslinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmamış və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi" dedikdə nə nəzərdə tutulur?
Sual 2. Vergi ödəyicisinin 200 000 manatdan çox ƏDV-dən azad sahibkarlıq fəaliyyəti üzrə əməliyyat aparması onun sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnun itirilməsinə səbəb ola bilərmi?
Cavab:
1. Vergi Məcəlləsinin 218.1-ci maddəsi sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququna malik olan şəxslərin dairəsini müəyyən edir. Vergi Məcəlləsinin XI fəslinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmamış və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manat və ondan az olan şəxslər sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna malikdir. Belə ki, ƏDV məqsədləri üçün qeydiyyata alınmış şəxslər sadələşdirilmiş vergi ödəyicisi ola bilməzlər və gəlir (mənfəət) vergisi ödəyicisi kimi fəaliyyət göstərməlidirlər.
2. Bildiririk ki, ƏDV-dən azad olunan əməliyyatların həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan şəxslərin ƏDV məqsədləri üçün qeydiyyata alınmasına dair öhdəliyi yaranmır.
Bununla yanaşı ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manatdan artıq olan şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur və həmin şəxslər gəlir (mənfəət) vergisi ödəyicisi kimi fəaliyyət göstərməlidirlər.
Əsas: Vergi Məcəlləsinin 155-ci, 164-cü və 218-ci maddələri ilə tənzimlənir.

 

Satışda olan NƏŞRLƏRİMİZ

1) "ƏMAS platforması: A-dan Z-yə"
2) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat (Satışı bitib)
3) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat (Satışı bitib)
4) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
5) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
6) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 60 (50) manat (Satışı bitib)
7) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat (Satışı bitib)
8) Vergi Məcəlləsi 2022 - qiymət 17 (15) manat (Satışına start verilib)

0 Komment

    Şərh yazın