Kimlər mütləq ƏDV ödəyicisi olmalıdır?

Kimlər mütləq ƏDV ödəyicisi olmalıdır?

Satışı yekunlaşan “Vergi uçotu: A-dan Z-yə” (VI nəşr) kitabından seçmə

Vergi qanunvericiliyinə əsasən, vergi ödəyicilərinə münasibətdə ƏDV qeydiyyatının məcburi və könüllü olmasını şərtləndirən amillər aşağıda təsnifləşdirilib:

MƏCBURİ QEYDİYYAT ÜZRƏ

1) Aksizli və məcburi nişanlama ilə nişanlanmalı malların istehsalçıları

Dövriyyəsindən asılı olmayaraq, bu fəaliyyətlə məşğul olan vergi ödəyiciləri ƏDV ödəyiciləridir.

2) Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər

Qeyd edək  ki, 1 yanvar 2020-ci il tarixinə kimi bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin ya sadələşdirilmiş, ya da ƏDV vergi ödəyicisi olmaq hüququ var idi. Həmin tarixdən sonra bina tikintisi fəaliyyəti ilə məşğul olanlar yalnız ƏDV ödəyicisi ola bilərlər. 

3) Sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan şəxslər

Aşağıdakı vergi ödəyiciləri istisna olmaqla ardıcıl 12 aylıq dövriyyəsi 200 000 manatı keçən vergi ödəyiciləri ƏDV qeydiyyatı üçün ərizə verməlidir:

- İctimai iaşə müəssisələri;

- Vergi Məcəlləsinin 156-cı maddəsinin müddəaları nəzərə alınmaqla, mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə (beynəlxalq yük və sərnişin daşımaları istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən şəxslər;

- İdman oyunları ilə əlaqədar aparılan mərc oyunlarının operatoru və satıcıları olan şəxslər;

- Mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsini həyata keçirən fiziki şəxslər.

Zəruri qeyd: Yuxarıda qeyd edilən fəaliyyətlərdən yalnız ictimai iaşə müəssisələrinin 12 aylıq dövriyyəsi 200 000 manatı keçərsə, ƏDV uçotu üçün qeydiyyata könüllü müraciət edə bilər. Digər üç fəaliyyəti həyata keçirənlərin ƏDV ödəyicisi olmaq hüququ yoxdur.

KÖNÜLLÜ QEYDİYYAT ÜZRƏ

1) Sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan az olan şəxslər

ƏDV uçotu ilə bağlı məcburi qeydiyyatı tələb olunanlar və məcburi qaydada sadələşdirilmiş vergi metodunu tətbiq edənlər istisna olmaq şərti ilə.

2) Sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan çox olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər.

 

Satışda olan NƏŞRLƏRİMİZ

1) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat (Satışı bitib)
2) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat
3) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 60 (50) manat
6) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat (Satışı bitib)
7) Vergi Məcəlləsi 2022 - qiymət 17 (15) manat (Satışına start verilib)

Yaxın zamanlarda satışda olacaq Nəşrlərimiz
8) Vergi Məcəlləsi. Xüsusi hissənin izahı kitabı

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər