Mənfəət vergisi ödəyicisi istənilən tarix vergi mükəlləfiyyətini dəyişə bilər?

Mənfəət vergisi ödəyicisi istənilən tarix vergi mükəlləfiyyətini dəyişə bilər?

Satışı yekunlaşan “Vergi uçotu: A-dan Z-yə” (VI nəşr) kitabından seçmə

Maraqlı məsələlərdən biri də mənfəət (gəlir) vergisi ödəyicisinin istənilən tarixdə cari vergi ödəyicisi statusundan imtina edərək sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququndan faydalana bilməsi ilə bağlıdır.

Mİsal.  Pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyicisinin 2022-ci ilin birinci rübünün göstəricilərinə əsasən, elektron qaimə-faktura ilə təqdim etdiyi malların ümumi həcmi 30 faizdən yüksək olduğu üçün, O, sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnu itirir. Vergi ödəyicisi 2022-ci ilin ikinci rübündə elektron qaimə-faktura ilə rəsmiləşdirilən əməliyyatlarının həcminin 30 faizdən aşağı olmasını əsas tutaraq yenidən sadələşdirilmiş vergi ödəyicisi hüququndan istifadə edə bilər?

Vergi Məcəlləsinin 218.2-ci maddəsinə əsasən, sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna malik olan vergi ödəyicisi (bu Məcəllənin 218.4-cü maddəsində nəzərdə tutulmuş vergi ödəyiciləri istisna olmaqla) hər il aprel ayının 20-dən gec olmayaraq, müvafiq bəyannaməni və ya bu Məcəllənin 218.1-ci maddəsində qeyd olunan hüquqlardan istifadə etməyəcəyi barədə yazılı məlumatı uçotda olduğu vergi orqanına təqdim edir. Bu Məcəllədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi ödəyicisinin təqvim ilinin sonunadək seçdiyi metodu dəyişdirmək hüququ yoxdur. Vergi ödəyicisi qeyd olunan müddətdə bəyannaməni və ya yazılı məlumatı təqdim etmədikdə, vergi orqanı vergi ödəyicisinin əvvəlki vergi ilində seçdiyi metodu tətbiq edir.

Maddədən göründüyü kimi, vergi ödəyicisi il ərzində mənfəət (gəlir) vergisi ödəyicisi kimi fəaliyyət göstərdiyi halda ilin sonuna kimi həmin mükəlləfiyyətini dəyişə bilməz.

Misalımızdakı vergi ödəyicisi mənfəət (gəlir) vergisindən yenidən sadələşdirilmiş vergiyə qayıtmaq üçün 2022-ci il üzrə Mənfəət vergisi bəyannaməsi təqdim edir. Vergi ödəyicisi ya 1 yanvar 2023 – 20 aprel 2023-cü il dövründə sadələşdrilmiş vergi ödəyicisi olmaqla bağlı vergi orqanına müraciət etməlidir, ya da 2023-cü il aprel ayının 20-dən gec olmayaraq Sadələşdirilmiş vergi bəyannaməsini  təqdim etməlidir.

 

Satışda olan NƏŞRLƏRİMİZ

1) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat (Satışı bitib)
2) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat
3) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 60 (50) manat
6) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat (Satışı bitib)
7) Vergi Məcəlləsi 2022 - qiymət 17 (15) manat (Satışına start verilib)

Yaxın zamanlarda satışda olacaq Nəşrlərimiz
8) Vergi Məcəlləsi. Xüsusi hissənin izahı kitabı

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

0 Komment

    Şərh yazın