Vergi orqanı idxal olunan mallarla bağlı hansı nəzarət tədbirləri həyata keçirəcək?

Vergi orqanı idxal olunan mallarla bağlı hansı nəzarət tədbirləri həyata keçirəcək?

Satışı yekunlaşan “Vergi uçotu: A-dan Z-yə” (VI nəşr) kitabından seçmə

Vergi ödəyicilərinin vəzifələri ilə bağlı dəyişikliklərin izahında qeyd etdik ki, bəzi vergi ödəyiciləri idxala bağlı məlumatları vergi orqanına təqdim etməlidir. Vergi Məcəlləsinin 16.1.11-11-ci maddəsinə əsasən, dövlət və neft-qaz sahəsində fəaliyyəti olan vergi ödəyiciləri istisna olmaqla, digərləri idxal edəcəyi mallar haqqında məlumat formasını vergi orqanına təqdim etməlidir. Öncəki səhifələrdə qeyd etdik ki, idxalla məşğul olan, o cümlədən karqo şirkətlərinə nəzarət baxımından məlumat formalarının təqdimi Vergi Məcəlləsinə daxil edilib.

Vergi Məcəlləsinin 23.1.3-2-ci maddəsinə əsasən, Məcəllənin 16.1.11-11-ci maddəsində nəzərdə tutulan məlumatları təqdim edən vergi ödəyicisinin mallarının saxlanıldığı (boşaldıldığı) yerə həmin mallar idxal edildiyi vaxtdan 3 iş günü müddətində baxış keçirmək və baxışın nəticəsini forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən protokolla rəsmiləşdirmək vergi ödəyicisinin hüquqlarına aid edilib.

Mİsal. Vergi ödəyicisi 17 yanvar 2022-ci il tarixdə vergi orqanına məlumat forması təqdim edir ki, 24 yanvar 2022-ci il tarixdə mallar idxal edəcək. Vergi orqanı həmin məlumat formasına əsasən, 3 iş gün ərzində mallarının saxlanıldığı (boşaldıldığı) yerə səfər zamanı baxış keçirir. Vergi orqanının əməkdaş(lar)ı baxışın nəticəsini protokollaşdırır. Baxışın keçirilməsi vergi orqanı tərəfindən operativ vergi nəzarəti ilə əhatə olunması kimi başa düşülməlidir.

Mümkündür ki, baxış zamanı müəyyən olunsun ki, vergi ödəyicisinin idxalla bağlı təqdim etdiyi mallarla müəyyən edilən (faktiki) mallar arasında fərqliliklər var. Fərqliliklərin malın adı, sayı və s. göstəricilərdə baş verməsi mümkündür. Bu zaman vergi orqanı Vergi Məcəlləsinin 57.5-ci maddəsinə uyğun olaraq, idxal edilmiş mallar barədə bu Məcəllənin 16.1.11-11-ci maddəsində göstərilən məlumatları təqdim etməyən və ya təhrif olunmuş formada təqdim edən vergi ödəyicisinə müvafiq olaraq idxal edilmiş malların hesab-faktura (invoys) dəyərinin və ya onun təhrif olunmaqla təqdim edilmiş hissəsinin mikro sahibkarlıq subyektlərinə münasibətdə 2 faizi miqdarında, digər şəxslərə münasibətdə 5 faizi miqdarında maliyyə sanksiyası tətbiq etmək hüququna malikdir.

 

Satışda olan NƏŞRLƏRİMİZ

1) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat (Satışı bitib)
2) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat
3) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 60 (50) manat
6) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat (Satışı bitib)
7) Vergi Məcəlləsi 2022 - qiymət 17 (15) manat (Satışına start verilib)

Yaxın zamanlarda satışda olacaq Nəşrlərimiz
8) Vergi Məcəlləsi. Xüsusi hissənin izahı kitabı

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

0 Komment

    Şərh yazın