İşçi ilə bağlı hansı ödənişlər mütləq olaraq nağdsız həyata keçirilməlidir?

İşçi ilə bağlı hansı ödənişlər mütləq olaraq nağdsız həyata keçirilməlidir?

Satışı davam edən “Vergi Məcəlləsi. Ümumi hissənin izahı” (II nəşr) kitabından seçmə

“Nağdsız  hesablaşmalar haqqında” AR Qanunun 3.4.4-cü maddəsində diqqət yetiriləsi digər məqam hansı ödənişlərin yalnız nağdsız şəkildə edilməsi ilə bağlıdır. Maddədə nağdsız qaydada ödənişlər belə tənsifləşdirilir:

- Nağdsız qaydada ödənişləri həyata keçirilən vergi ödəyiciləri tərəfindən ödənilən əmək haqları (o cümlədən, işəgötürən tərəfindən ödənilən, qanunvericiliklə müəyyən edilmiş digər ödənişlər)

Əmək Məcəlləsinin 157-ci maddəsinə əsasən, əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. Tarif (vəzifə) maaşı dedikdə, işin mürəkkəbliyi, əməyin gərginliyi və işçinin ixtisas səviyyəsinə görə müəyyən edilən əmək haqqının əsas hissəsi başa düşülür. Əmək haqqına əlavə isə əmək şəraiti ilə əlaqədar əvəzödəmək və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, əmək haqqına müəyyən edilən əlavə ödənc hesab edilir. Mükafata gəlincə isə, əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədi ilə əmək haqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaiti başa düşülür.

Mİsal. İşçinin noyabr ayı üzrə əmək haqqı gəliri 1200 manat təşkil edib. Həmin məbləğin 800 manatı aylıq əmək haqqı (tarif (vəzifə) maaşı), 100 manatı əlavə iş saatına görə (əmək haqqına əlavə) və 300 manat isə satış göstəricilərinə görə bonusdan (mükafat) ibarətdir. İstehsal sahəsində çalışan vergi ödəyicisi işçiyə əmək haqqı üzrə bütün ödənişləri mütləq olaraq nağdsız qaydada həyata keçirməlidir.

 Maddədə “o cümlədən, işəgötürən tərəfindən ödənilən, qanunvericiliklə müəyyən edilmiş digər ödənişlər”ifadəsindən istifadə edilir. Həmin ödənişlərə hansı xərclərin aid edilməsinə gəlincə, burda işçinin xərclərinin kompensasiya edilməsi məqsədi ilə verilən ödənişlər nəzərdə tutulur.

Mİsal 1.  Bank fəaliyyəti həyata keçirən vergi ödəyicisi işçisinin kirayə xərclərini kompensasiya etmək üçün ona ayda 400 manat vəsait ödəyir. Bu halda işçiyə vəsaitin ödənilməsi nağdsız qaydada həyata keçirilməlidir.

Mİsal 2.  Əmək haqqı ödənişlərini məcburi olaraq nağdsız qaydada ödəməli olan vergi ödəyicisi işçiyə istifadə olunmamış məzuniyyətə görə kompensasiyanı, ezamiyyə xərcini  və s. ödənişləri nağd şəkildə həyata keçirə bilməz.

Bir məsələni qeyd edək ki, maddədə işçiyə ödənilən vəsaitlərin nağdsız həyata keçirilməsindən söhbət gedir.

Mİsal. İşçisinin rabitə xərclərini mobil operatorla bağlanan müqaviləyə əsasən vergi ödəyicisi ödəyir. Həmin ödəniş aylıq limitlər gözlənilməklə nağd qaydada həyat keçirilərsə, o zaman maliyyə sanksiyası tətbiq edilməyəcək.

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat - satışı bitib
2) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat
3) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 60 (50) manat
6) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat (Satışı bitib)
7) Vergi Məcəlləsi 2022 - qiymət 17 (15) manat (Satışına start verilib)

Yaxın zamanlarda satışda olacaq Nəşrlərimiz
8) Vergi Məcəlləsi. Xüsusi hissənin izahı kitabı

0 Komment

    Şərh yazın