İcarə münasibətləri zamanı aktın tərtib olunması mütləqdir?

İcarə münasibətləri zamanı aktın tərtib olunması mütləqdir?

Satışı yekunlaşan “Vergi uçotu: A-dan Z-yə” (VI nəşr) kitabından seçmə

Mühasibat uçotunun tələblərinə uyğun olaraq iki vergi ödəyicisi arasında yaranan istənilən xidmət münasibətləri mülki qanunvericilyə əsasən, təhvil-təslim aktı ilə sənədləşdirilməlidir. Qeyd edək ki, icarə münasibətlərinin dövri olaraq hər hansı aktla rəsmiləşdirilməsi ilə bağlı qanunvericiliyin hər hansı  tələbi yoxdur.

Aylıq ödənişlər icarəverən və icarəgötürən  arasında bağlanmış icarə müqaviləsi ilə tənzimlənirsə, həmin dövr üçün elektron qaimə-faktura təqdim edilməlidir. Ola bilər ki, həmin müqavilədəki şərt işlərin görülməsi ilə bağlı təhvil-təslim aktını da nəzərdə tutsun, o halda həmin aktın  tərtibi məqsədəuyğundur. Vergi orqanının rəsmilərinin fikrincə, icarə münasibətləri zamanı təhvil-təslim aktının bağlanması məsələsində vergi ödəyiciləri sərbəst qərar verməlidirlər. Amma məsləhət bilərdik ki, gəlir və xərclərin uçotunun aparılması üçün təhvil-təslim akti tərtib olunsun.

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat - satışı bitib
2) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat
3) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 60 (50) manat
6) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat (Satışı bitib)
7) Vergi Məcəlləsi 2022 - qiymət 17 (15) manat (Satışına start verilib)

Yaxın zamanlarda satışda olacaq Nəşrlərimiz
8) Vergi Məcəlləsi. Xüsusi hissənin izahı kitabı

0 Komment

    Şərh yazın