Bank hesabından çıxarılan vəsaitin rəsmiləşdirilməsi necə həyata keçirilir?

Bank hesabından çıxarılan vəsaitin rəsmiləşdirilməsi necə həyata keçirilir?

Satışı yekunlaşan “Vergi uçotu: A-dan Z-yə” (VI nəşr) kitabından seçmə

“Vergi ödəyicilərində nağd pul vəsaitinin uçotu və kassa əməliyyatlarının aparılması qaydası”nın 2.4-cü maddəsinə əsasən, pul vəsaiti vergi ödəyicisinin səlahiyyət verdiyi şəxs və ya fərdi sahibkarın özü tərəfindən bank hesabından nağd qaydada çıxarıldığı halda, pul vəsaitləri həmin gün ərzində vergi ödəyicisi tərəfindən kassa mədaxil orderi tərtib olunmaqla kassaya mədaxil edilir. Kassa mədaxil orderində əks etdirilən bank hesabından nağd çıxarılmış pul vəsaitinin məbləği pulun alınmasında istifadə edilən çekin kötüyündə və bank hesabının çıxarışında göstərilən məbləğlə uyğun olmalıdır.

Maddədən göründüyü kimi, vergi ödəyicisinin mütləq əməl eməli olduğu konkret tələblər mövcuddur.

Birinci tələb ondan ibarətdir ki, vergi ödəyicisi bankdan çıxardığı vəsaiti həmin gün də kassaya mədaxil etməlidir.

Mİsal. Vergi ödəyicisi 18 yanvar 2022-ci il tarixdə bank hesabından çıxardığı 15 000 vəsaiti 19 yanvar 2022-ci il tarixdə kassaya mədaxi edib. Vergi ödəyicisinin vəsaiti həmin gün yox, növbəti gün kassaya mədaxil etməsi uçot qaydalarının pozulması kimi qəbul edilə bilər. Bu zaman vergi orqanının Vergi Məcəlləsinin 58.8-ci maddəsinə əsasən, maliyyə sanksiyası tətbiq etmək hüququ var.

İkinci tələb ondan ibarətdir ki, bank hesabından çıxarılan vəsait kassa mədaxil orderində qeyd edilməklə kassaya mədaxil edilməlidir. Yəni, vergi ödəyicisi bank hesabından çıxarılan vəsaitin birbaşa təhtəlhesab şəxsdə qalmaqla, xərclənməsinə qərar verə bilməz.

Mİsal. Vergi ödəyicisi bankdan təsərrüfat xərcləri üçün 3000 manat çıxartmağa qərar verir. Bu halda vergi ödəyicisi həmin vəsaiti mütləq kassaya mədaxil etməli, sonra isə kassa məxaric orderi ilə təhtəlhesab şəxsə ödəniş etməlidir. Bank hesabından çıxarılan vəsaitin qeyd edilən qaydada həyata keçirilməməsi uçot qaydalarına ziddir.

Üçüncü tələb odur ki, bank hesabından çıxarılmış nağd pul vəsaitinin məbləği pulun alınmasında istifadə edilən çekin kötüyündə və ya bank hesabından çıxarışda göstərilən məbləğlə uyğun olmalıdır.

Mİsal. Vergi ödəyicisinin çekinin kötüyündə 4000 manat yazılıb, ancaq bank hesabından həmin məbləğdən fərqli vəsait çıxarılıb. Bu, vergi ödəyicisi tərəfindən uçot qaydalarının pozulmasıdır.

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat - satışı bitib
2) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat
3) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 60 (50) manat
6) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat (Satışı bitib)
7) Vergi Məcəlləsi 2022 - qiymət 17 (15) manat (Satışına start verilib)

Yaxın zamanlarda satışda olacaq Nəşrlərimiz
8) Vergi Məcəlləsi. Xüsusi hissənin izahı kitabı

0 Komment

    Şərh yazın