Vergini hesablamaq mümkün olmadıqda vergi orqanı hansı metodlardan istifadə edir?
Satışı yekunlaşan “Vergi uçotu: A-dan Z-yə” (VI nəşr) kitabından seçmə
Vergi Məcəlləsinin 67-ci maddəsi vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi qaydalarını tənzimləyir. Həmin maddəyə əsasən, operativ vergi nəzarəti, kameral və səyyar vergi yoxlamaları zamanı vergi ödəyicisi tərəfindən sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ var.
Bu zaman vergi orqanı aşağıdakı məlumatları istifadə edə bilər:
- Vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri;
- Vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar;
- Vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar;
- Vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar;
- Vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar;
-Vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar;
- vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar;
- Vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri;
- Vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar.
Bu maddədə göstərilən məlumatları vergi orqanları öz bazalarından (bəyannamə, xronometraj müşahidələrinin nəticələri və s.) istifadə etməklə yanaşı, digər dövlət qurumlarının (Dövlət Gömrük Komitəsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Ədliyyə Nazirliyi və s.) və özəl təşkilatların (banklar, biznes tərəfdaşlığı etdiyi vergi ödəyiciləri və s.) bazalarından əldə edir.
Təlimin adı: ƏMAS altsistemi: Məlumatların işlənilməsi və reystrlər üzrə hesabatlılığın təmin edilməsi prosesi"
Tarix: 18 iyun 2022-ci il saat 15:00
Müddət: 4 saat
Təlim haqqında ətraflı məlumat üçün əlaqə vasitələri: 050-368-12-72 (what's upp da aktivdir), 012-564-86-85 və ya [email protected]
0 Komment
Şərh yazın