Hansı halda əyləncə və sosial xarakterli ödənişlər gəlirdən çıxılır?

Hansı halda əyləncə və sosial xarakterli ödənişlər gəlirdən çıxılır?

Satışı yekunlaşan “Vergi uçotu: A-dan Z-yə” (VI nəşr) kitabından seçmə

Əgər vergi ödəyicisinin fəaliyyəti əyləncə və ya sosial xarakteri daşıyırsa, o zaman bu xərclərin gəlirdən çıxılmasına icazə verilir. Vergi Məcəlləsinin 109.4-cü maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti əyləncə və ya sosial xarakteri daşıyan vergi ödəyicisinin xərcləri bu cür fəaliyyət çərçivəsində çəkilirsə, müvafiq olaraq əyləncə və sosial xərclər gəlirdən çıxılır.

Mİsal 1. “Ayan” şadlıq sarayı toyda oxuması üçün müğənni Elariz Yaqubova 2 000 manat ödəniş edir. Həmin ödəniş əyləncə xarakterli olsa belə, məbləğin şadlıq sarayı tərəfindən gəlirdən çıxılmasına icazə verilir.

Mİsal 2.“A” MMC ictimai iaşə müəssisəsi olan restorandır və yeməklərin bişirilməsi üçün aşpazla xidmət müqaviləsi bağlayaraq ona 2 000 manat ödəniş edir. Yuxarıdakı cədvəldə aşpaz xərcini gəlirdən çıxılan xərclərə aid etməsək də, bu halda aid ediləcək. Çünki “A” MMC sahibkarlıq fəaliyyətinə uyğun olaraq aşpaz xidmətindən istifadə etməlidir.

Son zamanlar bir çox vergi ödəyicilərinin müxtəlif xeyriyyə fəaliyyətlərinə qoşulmasına və müəyyən maddi dəstək vermələrinə çox rast gəlinir. Maraqlıdır, xeyriyyə məqsədilə ödənilən vəsaitin xərc kimi gəlirdən çıxılmasına icazə verilir?

Vergi Məcəlləsinin 109.2-ci maddəsilə qeyri-kommersiya fəaliyyəti ilə bağlı olan xərclərin gəlirdən çıxılmasına qadağa qoyulub.

Mİsal 2. “A” MMC qərar verir ki, xeyriyyə məqsədilə Daun sindromlu uşaqların cəmiyyətə inteqrasiyası ilə məşğul olan fonda 30 000 manat ödəniş etsin. Vergi qanunvericiliyi imkan vermir ki, vergi ödəyicisinin bu xeyriyyə fəaliyyəti üzrə xərclədiyi məbləğ gəlirdən çıxılan xərclərə aid edilsin.

Fikrimizcə, xeyriyyə fəaliyyəti üzrə Vergi Məcəlləsində yumşalmalara gedilməsi zəruridir. Təbii ki, bu imkandan sui-istifadə hallarının qarşısı alınmaq şərtilə. Xeyriyyə fəaliyyəti ilə bağlı xərcləmələrə verilən təşviq vergidən yayınma üçün sxemlər yaratmağa yol açmamalıdır.

Vergi Məcəlləsində qüvvəyə minən idman və mədəniyyət fəaliyyətləri ilə bağlı güzəştlər xeyriyyə məqsədlərinə də şamil edilir. Təbii ki, vergi orqanlarının çəkindiyi məsələ, bir az əvvəl söylədiyimiz vergidən yayınma sxemləri - gəlirdən çıxılan xeyriyyə ödənişlərinin sonradan nağdlaşdırılaraq geri qaytarılması məsələsidir.

 

ƏMAS sistemi ilə bağlı növbəti tematik təlim

Təlimin adı:  ƏMAS altsistemi: Məlumatların işlənilməsi və reystrlər üzrə hesabatlılığın təmin edilməsi prosesi"

Tarix:  18 iyun 2022-ci il saat 10:00

Müddət: 4 saat

Təlim haqqında ətraflı məlumat üçün əlaqə vasitələri: 050-368-12-72 (what's upp da aktivdir), 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər