ƏDV məbləğinin gec ödənilməsinə görə maliyyə sanksiya hesablanmasının 6 MİSALLA izahı

ƏDV məbləğinin gec ödənilməsinə görə maliyyə sanksiya hesablanmasının 6 MİSALLA izahı

Satışı davam edən “Vergi Məcəlləsi. Ümumi hissənin izahı” (II nəşr) kitabından seçmə

Vergi Məcəlləsinin 58.6-cı maddəsinə əsasən, bu Məcəllənin 175.1.3-cü maddəsinə müvafiq olaraq bu Məcəllənin 175.8-ci maddəsində göstərilən vergi ödəyicisi tərəfindən malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec ƏDV məbləğinin ödənilməsinə görə vergi ödəyicisinə vaxtında ödənilməmiş ƏDV məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Bu maddə də ƏDV ödənişlərinin tənzimlənməsi ilə bağlıdır. Vergi Məcələsinin 175.8-ci maddəsinə əsasən, ƏDV ödəyiciləri, ƏDV-nin məqsədləri üçün qeydiyyatda olmayan səhmlərinin və paylarının 50 faizindən çoxu dövlətə məxsus olan hüquqi şəxslər və büdcə təşkilatları tərəfindən mallar, xidmətlər (işlər) alınarkən onlara verilmiş elektron qaimə-fakturaları üzrə, habelə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələri alan şəxslər tərəfindən ƏDV-nin məbləği ƏDV-nin depozit hesabına köçürülməlidir.

Mİsal 1.. Vergi ödəyicisi 24 noyabr 2020-ci il tarixdə ona təqdim edilən mallara görə 23 600 manat vəsaiti qarşı tərəfə ödəməlidir. Həmin malın dəyəri 20 000 manat olduğu üçün 3600  manat (20 000 manat x 18 faiz) məbləğində ƏDV qarşı tərəfə ödənilir. Əgər vergi ödəyicisi malların dəyərini - 20 000 manatı 25 noyabr tarixində, 3600 manatı isə 26 noyabr tarixində ödəyərsə, bu halda vergi ödəyicisinə gec ödənilən ƏDV məbləğinə görə 1800 manat (3600 x 50 faiz) məbləğində maliyyə sanksiyası hesablanacaq.

Mİsal 2..ƏDV ödəyicisi qarşı tərəfdən ƏDV daxil 1180 manatlıq xidmət alır. Vergi ödəyicisi 25 oktyabr tarixində həmin məbləği ƏDV daxil olmaqla tam şəkildə vergi ödəyicisinin hesablaşma hesabına ödəyir. Vergi ödəyicisi 180 manatlıq ƏDV məbləğini qarşı tərəfin depozit hesabına ödəməsə belə, ona Vergi Məcəlləsinin 58.6-ci maddəsinə uyğun olaraq maliyyə sanksiyası tətbiq olunmayacaq. Amma ƏDV məbləği ƏDV depozit hesabına ödənilmədiyi üçün vergi ödəyicisi bu məbləği əvəzləşdirmək hüququna malik olmayacaq.

Mİsal 3.. Vergi ödəyicisi qarşı tərəfdən 500 manatlıq (ƏDV-siz) mal alıb. Vergi ödəyicisi qərar verir ki, ilkin olaraq 200 manatlıq ödənişi həyata keçirsin. Vergi ödəyicisi 25 sentyabr 2020-ci il tarixdə 200 manat əsas məbləği və 36 manat (200 x 18 faiz) məbləğində ƏDV-ni ödəyir. Vergi ödəyicisi ona təqdim olunan elektron qaimə-faktura üzrə 90 manat (500 manat x 18 faiz) məbləğində ƏDV-nin müəyyən hissəsini ödəsə də, ona maliyyə sanksiyası tətbiq edilməyəcək. Çünki vergi ödəyicisi ödədiyi malın dəyərinə mütənasib ƏDV məbləğinin eyni gündə ödənişini həyata keçirib.

Mİsal 4.Vergi ödəyicisinə qarşı tərəf 1000 manatlıq (ƏDV-siz) xidmət təqdim edib. Vergi ödəyicsi 1000 manatı tam ödəsə də, hesablanan 180 manatlıq ƏDV məbləğinin 120 manatını ƏDV depozit hesabına ödəyib. Vergi orqanı bu halda vergi ödəyicisinə 30 manat ((180-120) x 50 faiz) məbləğində maliyyə sanksiyası hesablayacaq.

Mİsal 5.. Sadələşdirilmiş vergi ödəyicisi olan MMC və ya fərdi sahibkar ona təqdim edilən elektron qaimə-faktura əsasında 5900 manat (ƏDV daxil) mal üzrə ödənişləri fərqli tarixlərdə həyata keçirib. Vergi ödəyicisi 25 noyabr 2020-ci il tarixdə 5000 manat, 30 noyabr 2020-ci il tarixdə isə 900 manat (5000 manat x 18 faiz) məbləğində ƏDV-ni qarşı tərəfə ödəyib. Bu halda vergi orqanı tərəfindən sadələşdirilmiş vergi ödəyicisinə qarşı ƏDV-nin gec ödənilməsinə görə maliyyə sanksiyası tətbiq edilməyəcək.

Çünki Vergi Məcəlləsinin 58.6-cı maddəsi üzrə maliyyə sanksiyası ƏDV ödəyiciləri,  ƏDV-nin məqsədləri üçün qeydiyyatda olmayan səhmlərinin və paylarının 50 faizindən çoxu dövlətə məxsus olan hüquqi şəxslər və büdcə təşkilatları tərəfindən mallar, xidmətlər (işlər) alınarkən onlara verilmiş elektron qaimə-fakturaları üzrə, habelə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələri alan şəxslərə şamil olunur.

Mİsal 6. ƏDV ödəyicisi olan vergi ödəyicisi qarşı tərəfə təqdim olunacaq mallar üçün 30 000 manat məbləğində avans ödəyir və hər hansı ƏDV ödənişini də həyata keçirmir. Vergi orqanı ƏDV ödəyicisi tərəfindən ƏDV-nin ödənilməməsinə görə Vergi Məcəlləsinin 58.6-cı maddəsini tətbiq etməyəcək. Vergi Məcəlləsinin 58.6-cı maddəsi üzrə maliyyə sanksiyası avans məbləği üzrə ödənişlərə şamil olunmur.

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat - satışı bitib
2) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat
3) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 60 (50) manat
6) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
7) Vergi Məcəlləsi 2022 - qiymət 17 (15) manat (Satışına start verilib)

Yaxın zamanlarda satışda olacaq Nəşrlərimiz
8) Vergi Məcəlləsi. Xüsusi hissənin izahı kitabı

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər