İcarəyə götürülən və ya mülkiyyətdə olan obyektin rəsmi sənədi olmazsa, proses necə həyata keçirilir?

İcarəyə götürülən və ya mülkiyyətdə olan obyektin rəsmi sənədi olmazsa, proses necə həyata keçirilir?

Satışı davam edən “Vergi uçotu: A-dan Z-yə” (VI nəşr) kitabından seçmə

Dövlət Vergi Xidməti tərəfindən təsdiq edilən “Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları”nda qeyd edilir ki, vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması zamanı təsərrüfat subyektinin bu fəaliyyəti yerinə yetirəcəyi ünvanı təsdiq edən sənədin surəti (mülkiyyət hüququnu təsdiq edən sənədin, icarə müqaviləsinin və ya qanunvericilikdə nəzərdə tutulmuş digər sənədin surəti) əsas götürülə bilər. Təlimatda digər sənədlərin surətləri anlayışına aydınlıq gətirilib. Təlimata görə, vergi ödəyicisinin mülkiyyətində olan tikilidə, torpaq sahəsində və ya həyətyanı təsərrüfatda yerləşmiş (tikilmiş) obyektlər üzrə, əgər onların ayrıca texniki pasportu və ya digər sənədi yoxdursa, həmin tikilinin, torpaq sahəsinin və ya həyətyanı təsərrüfatın mülkiyyət hüququnu təsdiq edən sənədlər uçotun aparılması üçün əsas götürülür. Eynilə, texniki pasportu olmayan tikiliyə (obyektə) yerli icra hakimiyyəti, ərazi nümayəndəliyi və yaxud bələdiyyələr tərəfindən verilmiş ünvanı təsdiq edən sənədlər uçotun aparılması üçün əsas götürülə bilər.

Mümkündür ki, icarəyəverənin mülkiyyətində olan obyektin hər hansı rəsmi sənədi olmasın. Bu halda vergi ödəyicisi onlayn kargüzarlıqdan vergi orqanına mükiyyət hüququnu təsdiq edən kommunal ödənişləri, icarə müqaviləsini və digər sənədləri əlavə etməklə məktub yaza, obyektin qeydiyyata alınmasına dövlət qurumundan dəstək istəyə bilər. Təcrübədə vergi orqanının operativ vergi nəzarətini həyata keçirən əməkdaşları həmin əraziyə səfər edərək yerində araşdırmanın aparılmasını həyata keçirirlər. Vergi əməkdaşları obyektin müraciət edən şəxsin sahibliyində olmasını araşdırır və ərazinin peyk üzərindən yerləşmə yerini müəyyənləşdirirlər. Araşdırmanın nəticəsi kimi obyektin qeydiyyata götürülməsi və ya imtina verilməsi barədə qərar çıxarılır.

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat - satışı bitib
2) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat
3) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 60 (50) manat
6) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
7) Vergi Məcəlləsi 2022 - qiymət 17 (15) manat (Satışına start verilib)

Yaxın zamanlarda satışda olacaq Nəşrlərimiz
8) Vergi Məcəlləsi. Xüsusi hissənin izahı kitabı

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

0 Komment

    Şərh yazın