İdxal olunan mallar necə rəsmiləşdirilir?

İdxal olunan mallar necə rəsmiləşdirilir?

Satışı davam edən “Vergi uçotu: A-dan Z-yə” (VI nəşr) kitabından seçmə

Malların təqdim olunmasında ən ciddi məsələ idxal olunan malların statistik və invoys dəyərinin fərqli olmasıdır.

Mİsal. Vergi ödəyicisi birinin dəyəri 10 dollardan 1200 ədəd mal idxal edib.

İdxal olunan malın gömrüklə bağlı hesablamaları aşağıdakı kimidir:

- Malların gömrük dəyəri - 12 000 dollar (10 x 1200) x 1,7 manat = 20 400 manat;

- Malların gömrük rüsümü - 20 400 manat x 10 faiz = 2 400 manat;

- Gömrük haqqı - 100 manat;

- ƏDV hesablanacaq gömrük dəyəri – 20  400 manat + 2400 manat + 100 manat = 22 900 manat;

- ƏDV məbləği - 22 900 manat x 18 faiz = 4 122 manat.

Hesab edək ki, malın daşınma xərci 2600 manat olub.

Bu halda malın maya dəyərini müəyyənləşdirmək üçün hesablama aşağıdakı şəkildə olacaq:

Malın dəyəri  = (20 400 manat (malın invoys dəyəri) + 2400 manat (gömrük rüsumu) + 100 manat (gömrük haqqı) + 2600 manat (daşıma xərci)) / 1200 manat (malların sayı) = 21, 25 manat

Əgər malları idxal edən şəxs ƏDV ödəyicisi deyilsə, o zaman malın dəyəri aşağıdakı kimi olacaq:

Malın dəyəri  = (20 400 (malın invoys dəyəri) + 2400 (gömrük rüsumu)+  100 (gömrük haqqı)+ 2600 manat (daşıma xərci)+ 4 122 manat (ƏDV))/ 1200 (malların sayı) = 24,685 manat

 

Qeydlər:

- Vergi ödəyicisinin broker xərcləri malın maya dəyərinə aid edilmir;

- Vergi ödəyicisi daşınma xərcinə görə rezidentə ƏDV ödədiyi halda, ƏDV ümumi qaydada əvəzləşdirilir, ƏDV ödəyicisi olmayan şəxslər həÜmin məbləği malın maya dəyərinə daxil edir.

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat - satışı bitib
2) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat
3) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 60 (50) manat
6) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
7) Vergi Məcəlləsi 2022 - qiymət 17 (15) manat (Satışına start verilib)

Yaxın zamanlarda satışda olacaq Nəşrlərimiz
8) Vergi Məcəlləsi. Xüsusi hissənin izahı kitabı

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

2 Komment

  1. Rəşad 10 İyun 2022

    Malın dəyəri = (20 400 manat (malın invoys dəyəri) + 2400 manat (gömrük rüsumu) + 100 manat (gömrük haqqı) + 2600 manat (daşıma xərci)) / 1200 manat (malların sayı) = 21, 25 manat Bu hissədə 1200 manat əvəzinə 1200 ədəd olmalıdır.

  2. Rəşad 10 İyun 2022

    - Malların gömrük rüsümü - 20 400 manat x 10 faiz = 2 400 manat; 2040 manat olmalıdır

Şərh yazın