Vergi Məcəlləsində qeyri-maddi aktivlərlə bağlı tələblər

Vergi Məcəlləsində qeyri-maddi aktivlərlə bağlı tələblər

Satışı davam edən “Vergi Məcəlləsi. Ümumi hissənin izahı” (II nəşr) kitabından seçmə

13.2.9. Qeyri-maddi aktivlər

Vergi Məcəlləsinin 13.2.9-cu maddəsinə əsasən, qeyri-maddi aktivlər dedikdə, intellektual, o cümlədən ticarət nişanları, digər sənaye mülkiyyəti obyektləri, habelə müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada vergi ödəyicisinin mülkiyyət hüququnun obyekti kimi tanınan digər analoji hüquqlar başa düşülür.

Qeyri-maddi aktivlər mallar qrupuna aid edilsə də, fiziki formaya malik olmayan qeyri-monetar aktivlərdir. 

Qeyri-maddi aktivlərə aid misallara gəlincə isə, amortizasiya xərcləri çıxıldıqdan sonra təcrübə-konstruktor işlərinin xalis balans dəyəri, qudvil, proqram təminatı, patent, lisenziya, ticarət markası və müəssisənin nəzarət etdiyi sair qeyri-maddi aktivləri göstərmək olar.

Qeyri-maddi aktivlərə münasibətdə vergi odəyicisi ilə vergi orqanı arasında ən çox problemə rast gəlinən hal onların ƏDV-yə cəlb olunmasındakı qeyri-müəyyənlikdir. Vergi Məcəlləsnin 13.2.8-ci maddəsinə əsasən, qeyri-maddi aktivlər əlavə dəyər vergisinin  məqsədləri üçün mal sayılmır. Amma əksər hallarda vergi orqanları qeyri-rezidentlərdən proqram təminatının alınması və quraşdırılması hallarını qeyri-maddi aktiv kimi yox, xidmətin göstərilməsi kimi qəbul edir və bu səbəbdən də 18 faiz ƏDV tətbiq edilməsini zəruri sayırlar. Hətta vergi ödəyicisi həmin qeyri-maddi aktivi yalnız öz istifadəsi üçün alsa da, vergi orqanları əməliyyatı ƏDV-yə cəlb edirlər. Bu məsələdə vergi orqanının əsaslandırması belədir: qeyri-maddi aktivlərin satışı və tam istifadə hüquqlarının verilməsi ƏDV-nin məqsədləri üçün xidmət (iş) sayılmaqla ümumi qaydada ƏDV-yə cəlb edilir.

Sual oluna bilər ki, vergi orqanı qeyri-maddi aktivlə bağlı hansı əməliyyatı ƏDV-yə cəlb edilməyən əməliyyat kimi qəbul edir?

Mİsal 1.Vergi ödəyicisi  digər vergi ödəyicisi olan “AZA” şirniyyat evindən onun brendindən istifadə hüququnu almaq istəyir. Bu zaman “AZA” şirniyyat mağazası tərəfindən təqdim edilən qeyri-maddi aktiv artıq malın yox, xidmətin təqdim edilməsi anlamına gəlir. Bu əməliyyat ƏDV-yə cəlb edilir.

Mİsal 2. “AZA” şirkəti qarşı tərəflə razılaşmaya əsasən, öz brendinin satışını həyata keçirir. Razılaşmaya əsasən, qeyri-maddi aktivi təqdim edən vergi ödəyicisi gələcəkdə həmin brenddən istifadə etməyəcək. Artıq bu əməliyyat xidmət yox, qeyri-maddi aktivin təqdim edilməsi sayıldığı üçün ƏDV-yə cəlb edilmir.

 

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat
2) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat
3) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 60 (50) manat
6) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
7) Vergi Məcəlləsi 2022 - qiymət 17 (15) manat (Satışına start verilib)

Yaxın zamanlarda satışda olacaq Nəşrlərimiz
8) Vergi Məcəlləsi. Xüsusi hissənin izahı kitabı

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər