Vergi ödəyicisinin şikayət vermə hüququ necə tənzimlənir?

Vergi ödəyicisinin şikayət vermə hüququ necə tənzimlənir?

Satışı davam edən “Vergi Məcəlləsi. Ümumi hissənin izahı” (II nəşr) kitabından seçmə

Vergi Məcəlləsinin 62.1-ci maddəsinə əsasən, hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ var.

Vergi  qanunvericiliyi vergi ödəyicisinə vergi orqanının qərarından və ya vəzifəli şəxsindən şikayət etmək hüququ verir. Vergi şikayətlərinin araşdırılmasında istinad olunan əsas sənədlərdən biri “İnzibati icraat haqqında” AR Qanunudur.

Həmin qanuna əsasən, inzibati şikayət dedikdə, hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciəti başa düşülür.

Mİsal.  Vergi ödəyicisi kameral vergi yoxlaması nəticəsində hesablanan 5200 manat əlavə vergi məbləği ilə bağlı şikayətini vergi orqanına bildirir. Vergi ödəyicisi tərəfindən şikayətin bildirilməsi şəxsən, poçt və ya elektron vasitələrlə həyata keçirilir.

Vergi Məcəlləsinin 65.2.1.2-ci maddəsinə əsasən, vergi orqanının hesabladığı vergilər, faizlər və tətbiq etdiyi maliyyə sanksiyaları üzrə vergi ödəyicisi bildirişin alındığı tarixdən 30 təqvim günü müddətində məhkəməyə və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) şikayət verdiyi halda sərəncam dondurulacaq. Vergi ödəyicisi əgər vergi orqanının hesabladığı əlavə vergi ilə bağlı şikayət etməzsə, o halda həmin sərəncam geri cağırılaraq alınma sərəncamı ilə əvəz edilir və bank yeni sərəncamda qeyd edilən məbləği vergi orqanına ödəyir.

Vergi orqanının təqdim etdiyi qərarlarda vergi ödəyicisinin şikayət hüququnun olması xəbərdarlıq kimi qeyd edilir. Bundan əlavə, vergi ödəyicisi yoxlama aktını imzalamaqdan imtina etmək, həmçinin aktda qeydlər aparmaq hüququna malikdir.

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat
2) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat
3) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 60 (50) manat
6) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
7) Vergi Məcəlləsi 2022 - qiymət 17 (15) manat (Satışına start verilib)

Yaxın zamanlarda satışda olacaq Nəşrlərimiz
8) Vergi Məcəlləsi. Xüsusi hissənin izahı kitabı

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər