Vergilər Nazirliyinə kənd təsərrüfatı ilə bağlı maraqlı sual
Sual: Biz sənaye üsulu ilə iri buynuzlu mal qara yetişdiririk. Yetişdirdiyimiz mal qaranı kəsərək ət şəklində satırıq. Satdığımız həmin ət məhsulu vergidən azadır və ya vergiyə cəlb olunmalıdır?
Şinğarov Şinğar Nurulla, shinqar_1954@ mail.ru, Qusar (21.02.2018)
Cavab: Bildiririk ki, vergi qanunvericiliyinə əsasən heyvanların yetişdirilməsi, bəslənməsi, diri şəkildə olarkən onlardan məhsulların əldə edilməsi kənd təsərrüfatı məhsullarının istehsalı hesab edildiyindən, heyvanların kəsilərək təqdim edilməsi kənd təsərrüfatı məhsullarının istehsalına aid edilmir və Vergi Məcəlləsi ilə müəyyən edilmiş ümumi qaydada vergiyə cəlb olunur.
Vergi qanunvericiliyi və inzibatçılığı ilə bağlı ətraflı məlumatı Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə əldə edə bilərsiniz.
Bax: Vergi Məcəlləsinin 13.2.60-cı və 13.2.61-ci maddələri.
0 Komment
Şərh yazın