Xərclərin rəsmiləşdirilməməsinə görə maliyyə sanksiyası ilə bağlı VACİB MƏQAM

"Vergi uçotu: A-dan Z-yə" kitabından seçmə

Yeni əlavə olunan Vergi Məcəlləsinin 58.8.3-cü maddəsinə əsasən, Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada gəlir və xərclərin uçotu aparılmadıqda alıcıya rəsmiləşdirilməyən xərclərə görə maliyyə sanksiyası tətbiq olunur. Həmin maliyyə sanksiyası rəsmiləşdirilməyən xərclərin 10 faizi miqdarında olacaq.

Misal üçün, səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı məlum olur ki, vergi ödəyicisi 3 000 manatlıq xərci rəsmiləşdirməyib. Bu zaman vergi orqanları tərəfindən rəsmiləşdirilməyən xərclərin 10 faizi miqdarında yəni 300 manat (3000 manat x 10 faiz) maliyyə sanksiyası təqdim olunacaq.
Maliyyə sanksiyaları ilə bağlı sual yaranır ki, vergi nəzarəti tədbiri zamanı vergi ödəyicisinin sahibliyində olan malların alışını təsdiq edən heç bir sənəd olmadıqda, vergi orqanı bu halı gəlirlərin və xərclərin uçotunun aparılmaması kimi qiymətləndirərək, Vergi Məcəlləsinin 58.8.2-ci maddəsində nəzərdə tutulmuş maliyyə sanksiyasından əlavə, 58.8.3-cü maddəsində göstərilən maliyyə sanksiyasını da tətbiq edəcək?
Vergilər Nazirliyinin mövqeyi belədir ki, Vergi Məcəlləsinin 58.8.2-ci maddəsində nəzərdə tutulmış maliyyə sanksiyası tətbiq edildikdən sonra həmin mallara çəkilmiş xərcin rəsmiləşdirilməməsinə görə yenidən Vergi Məcəlləsinin 58.8.3-cü maddəsi ilə müəyyən olunmuş maliyyə sanksiyası tətbiq edilmir.
Zəruri qeyd: 58.8.3-cü maddə yeni olduğuna görə (1 yanvar 2019-cu ildən etibarən), 30 noyabr 2018-ci il tarixli “Azərbaycan Respublikasının 585 Vergi uçotu: A-dan Z-yə Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanuna əsasən, 2019-cu il yanvarın 1-dən bir il müddətində belə hala birinci dəfə yol verildikdə vergi orqanı tərəfindən rəsmi (yazılı) xəbərdarlıq edildikdən sonra həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı tətbiq edilir.

"Əmək münasibətləri", "Sosial sığorta öhdəlikləri", "Xidmət sektorunda vergi uçotu", "Gəlirdən çıxılan xərclər","Nağdsız hesablaşmalar", "Elektron qaimə-faktura", "Pərakəndə və topdansatış, istehsal və ictimai iaşə müəssisələrində vergi uçotu",  "Əlavə dəyər vergisi" ,"Sadələşdirilmiş vergi" və s. bölmələrin də olduğu 

“Vergi uçotu: A-dan Z-yə” kitabı 12 iyun tarixdən ARTIQ SATIŞDA

768 səhifəlik, 36 bölməlik, 1 000 praktiki misal, 100 səhifə sənəd nümunəsi və elektron baza (CD disk) 

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

Vergi incə sənətdir,  sənətkar olmağa az qaldı 

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85  vəya [email protected]

2 Komment

  1. EDALET 10 Avqust 2019

    axi xerc muesanin ozune aid ve xercin cox gostermek hemcin menfeeet vergisin azatmis olur,buda vergiye xeyirli deyil.maraqlidir xerci gostermemek cerma ne ucun yazilir..belka xerci qeyd edib ama senedleri olmadiqda cerma yazila biler.bu daha axla batandir.

  2. Mikayıl 23 Aprel 2020

    Adıma olan vöeni bağlamaq lazımdır

Şərh yazın

Xəbərlər