Nağdsız hesablaşmaların İŞÇİ İLƏ BAĞLI aktual sualın CAVABI

Nağdsız hesablaşmaların İŞÇİ İLƏ BAĞLI aktual sualın CAVABI

Sual: Bilmək istərdim ki, hüquqi şəxs (ƏDV ödəyicisi) ay ərzində nağdılaşdıraraq bank hesabından götürdüyü 30 min manat vəsaitdən işçilərinə nağd şəkildə ezamiyyət xərci verə bilərmi?
Əbülfəz Mirzəyev Azad, [email protected], Sumqayıt (26.02.2018) 
Cavab:  Bildiririk ki, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatadək olan pərakəndə ticarət, iaşə və xidmət sahəsində fəaliyyət göstərən şəxslər istisna olmaqla, digər şəxslər tərəfindən kompensasiya xarakterli ödənişlər (o cümlədən də işçinin xərclərini kompensasiya edən ezamiyyə xərcləri) nağdsız qaydada ödənilməlidir.
 
Bax: “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının 16 dekabr 2016-cı il tarixli 461-VQ nömrəli Qanununun 3.4.4-cü maddəsi.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər