Vüqar Mirheydərovun təqdimatında: Vergi Məcəlləsinin 106.1.18-ci maddəsinin tətbiqi

Vüqar Mirheydərovun təqdimatında: Vergi Məcəlləsinin 106.1.18-ci maddəsinin tətbiqi

Mövzunu “vergiler.az”a  maliyyə mütəxəssisi Vüqar Mirheydərov şərh edir. 

Vergi Məcəlləsinin 106.1.18-ci maddəsinə əsasən, dövlətin adından yaradılan publik hüquqi şəxslər istisna olmaqla, vergi ödəyicisinin hesabat ilində əldə etdiyi mənfəətinin 15 faizindən çox olmayan hissəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müvafiq meyarlara cavab verən elm, təhsil, səhiyyə, idman və mədəniyyət sahəsində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatlara, habelə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən ictimai və sosial məqsədlər üçün yaradılmış fondlara köçürülən hissəsi vergidən azad edilir.

Bu maddənin reallaşdırılması məqsədilə Nazirlər Kabineti 12.03.2020-ci il tarixli 88 nömrəli Qərarı ilə “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 106.1.18-ci maddəsinə uyğun olaraq, vergidən azadolunma məqsədləri üçün elm, təhsil, səhiyyə, idman və mədəniyyət sahələrində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatların meyarları”nı təsdiq edib. (https://e-qanun.az/framework/44775). Sənəddə əsas tələblərdən biri vəsaitlərin yalnız nağdsız qaydada köçürülməsi və köçürülən vəsaitlərin təyinatı üzrə xərclənməsini təsdiq edən sənədlərin təqdim edilməsidir.

Meyarların 7.3-cü bəndinə əsasən, ödənişi alan müəssisə, idarə və təşkilat hesabat ili bitdikdən sonra 1 ay müddətində alınmış vəsaitin təyinatı üzrə xərcləndiyini təsdiq edən sənədləri (alqı-satqı müqavilələri, təhvil-təslim aktları, ödəniş tapşırıqları, ödəniş xidməti təchizatçılarının çıxarışları və s.) vəsaiti köçürən şəxsə təqdim etməlidir.

Misal: Fərz edək ki, Şamaxıda şərab istehsalı ilə məşğul olan şirkət həmin şəhərin Azərbaycan Premyer Liqasında çıxış edən futbol komandasının təlim-məşq bazasının yenidən qurulmasına 100.000 manat vəsait köçürüb. Əvvəllər bu məbləğin gəlirdən çıxılması qeyri-mümkün olduğu üçün həmin məbləğ faktiki olaraq 20% dərəcəsi ilə vergiyə cəlb olunurdu. Lakin Vergi Məcəlləsinin 106.1.18-ci maddəsi qüvvəyə minəndən sonra şirkət illik mənfəətin 15%-ni köçürülən məbləğlə müqayisə edəcək və köçürülən məbləğ 15%-lik norma daxilində olduqda onu tam şəkildə mənfəət bəyannaməsinin Əlavə 5-in 2-ci hissəsində 29-cu sətrinə qeyd edəcək. Nəticədə şirkətin mənfəəti 100.000 manat azalacaq və o, 20.000 manat az mənfəət vergisi ödəyəcək.

Qeyd edək ki, ödənilən 100.000 manat məbləği xərclər bölməsində göstərmək olmaz. Vergi Məcəlləsi bu məbləği xərc kimi yox, məhz mənfəətin azaldılması kimi tanımağa icazə verir. Çünki Vergi Məcəlləsinin 109.2-ci maddəsinə əsasən, qeyri-kommersiya fəaliyyəti ilə bağlı olan xərclərin gəlirdən çıxılmasına yol verilmir.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

Satışı davam edənlər:

1. Vergi Məcəlləsi 2025

2.  "Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS tələblərinin izahı" 

3. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu 
4.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) 
5. Vergi Məcəlləsi. Ümumi hissənin izahı IV nəşr) -2025 (fevral ayından satışda olacaq)
6. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  
7. ƏMAS Platforması - 2024 (II nəşr)
8. A-dan Z-yə: Kargüzarlıq - VI nəşr (fevral ayından satışda olacaq)
8.  Vergi uçotu A-dan-Z-yə - VIII nəşr (fevral ayından satışda olacaq)

Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:

1. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
2. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
3.  Vergi Platforması - I nəşr

 

Sifariş və məlumat üçün what's app üzərindən əlaqə vasitəsi:  

050-368-12-72

0 Komment

    Şərh yazın

    Xəbərlər