Sirac Piriyevin təqdimatında: Səyyar vergi yoxlaması zamanı Nazirlər Kabinetinin 55 saylı qərarına istinad mümkündür?

Sirac Piriyevin təqdimatında: Səyyar vergi yoxlaması zamanı Nazirlər Kabinetinin 55 saylı qərarına istinad mümkündür?

2024-cü il yanvarın 1-dən qüvvəyə minmiş dəyişikliklərə əsasən, Vergi Məcəlləsinin 67.14 və 83.9-cu maddələri ləğv edilib. Buna görə də Məcəllənin 83.9-cu maddəsi əsasında hazırlanan Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”nın təsdiq edilməsi barədə 55 saylı qərarı da qüvvədən düşüb.

Bəs əvvəlki illərə aid səyyar vergi yoxlamaları zamanı həmin qərara istinad etmək mümkündürmü? Suala Vəkillər Kollegiyasının üzvü, hüquqşünas Sirac Piriyev III Vergi və Mühasibatlıq Zirvəsində panel müzakirələr zamanı aydınlıq gətirib. Onun sözlərinə görə, Nazirlər Kabinetinin şərti rentabellik normasını əks etdirən 55 saylı qərarı 1 yanvar 2024-cü il tarixindən ləğv edilib: “2024-cü ildən sonrakı dövrə aid yoxlamalar zamanı 2024-cü ildən daha əvvəlki dövrlər yoxlanılırsa, həmin dönəmdə Nazirlər Kabinetinin 55 saylı qərarı qüvvədə olduğuna görə, vergi orqanı bu qərarı tətbiq edə bilər. Sadəcə, burada bir məqama diqqət yetirilməlidir ki, vergi orqanı Vergi Məcəlləsinin 67-ci maddəsinin tələblərinə riayət etməklə vergi ödəyicisinin gəlir və ya xərclərini ilk növbədə digər mənbələr hesabına müəyyən etməlidir. Əgər həmin məlumatlar əldə edilməzsə, son zərurət olaraq, şərti rentabellik norması tətbiq edilə bilər. Başqa sözlə, yeni normaların 2024-cü ildən qəbul edilməsinə baxmayaraq, əvvəlki dövrlərə aid səyyar vergi yoxlaması həyata keçirilən zaman Nazirlər Kabinetinin 55 saylı qərarı tətbiq oluna bilər. Amma 2024-cü ildən sonrakı dövrlər yoxlanıldıqda isə Vergi Məcəlləsinin 67.3-1-ci maddəsinə əsasən, xərclərə münasibətdə 50% rentabellik gəlir götürülür. Qanunun keçid müddəalarına əsasən, yalnız 2024-cü il üzrə yenə də 50% şərti rentabellik götürüləcək. 2025-ci il 1 yanvar tarixindən isə yalnız faktiki olaraq gəlir və xərc tələbləri əsasında mənfəət (gəlir) bəyan olunacaq”.

Ötən il Vergi Məcəlləsinə əlavə olunmuş 67.3-1-ci maddəyə əsasən, vergi ödəyicisi tərəfindən vergiyə cəlb edilən gəlirlər rəsmiləşdirilmədikdə, lakin gəlirdən çıxılan xərclərə dair əlaqəli məlumatlar mövcud olduqda vergi tutulan mənfəət (gəlir) 01.01.2024-cü il tarixindən etibarən 50 faiz həcmində rentabellik nəzərə alınmaqla hesablanır:

M = X : 100 x R

Burada:

M – Vergi ödəyicisinin mənfəəti;
X – Vergi ödəyicisinin fəaliyyəti ilə bağlı xərcləri;
R – Şərti rentabellik normasıdır.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

Satışı davam edənlər:

1. Vergi Məcəlləsi 2025

2.  "Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS tələblərinin izahı" 

3. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu 
4.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) 
5. Vergi Məcəlləsi. Ümumi hissənin izahı IV nəşr) -2025 (fevral ayından satışda olacaq)
6. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  
7. ƏMAS Platforması - 2024 (II nəşr)
8. A-dan Z-yə: Kargüzarlıq - VI nəşr (fevral ayından satışda olacaq)
8.  Vergi uçotu A-dan-Z-yə - VIII nəşr (fevral ayından satışda olacaq)

Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:

1. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
2. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
3.  Vergi Platforması - I nəşr

 

Sifariş və məlumat üçün what's app üzərindən əlaqə vasitəsi:  

050-368-12-72

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər