Malları idxal edən vergi ödəyiciləri ilə bağlı hansı yumşalmalar həyata keçirildi? (Dəyişikliklərin izahı)

Malları idxal edən vergi ödəyiciləri ilə bağlı hansı yumşalmalar həyata keçirildi? (Dəyişikliklərin izahı)

Satışı davam edən "Vergi Məcəlləsi 2025" kitabından seçmə

Vergi Məcəlləsinin 16.1.11-11-ci maddəsinə əsasən, neft-qaz sahəsində fəaliyyəti olan və ya dövlət sektoruna aid edilən, habelə “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə edən vergi ödəyiciləri istisna olmaqla, digər vergi ödəyiciləri tərəfindən idxal ediləcək mallar haqqında vergi orqanına məlumat verməlidir. Bu maddə üzrə Vergi Məcəlləsində edilən son dəyişikliklərlə bağlı vacib məqamları aşağıdakı şəkildə qruplaşdırmaq olar.
Birinci dəyişikliklə Vergi Məcəlləsinin 16.1.11-11-ci maddəsində nəzərdə tutulan vergi ödəyiciləri idxal ediləcək mallarla bağlı vergi orqanının təsdiq etdiyi formanı müvafiq qaydada təqdim etməlidirlər. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının 14 mart 2022-ci il tarixli, 6 saylı  qərarı ilə “Neft-qaz sahəsində fəaliyyəti olan və ya dövlət sektoruna aid edilən, habelə “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə edən vergi ödəyiciləri istisna olmaqla, digər vergi ödəyiciləri tərəfindən idxal ediləcək mallar barədə məlumat forması” təsdiq edilib. Vergi ödəyiciləri bəzən sənədləri sərbəst formada təqdim edirdilər. Dəyişiklikdən sonra vergi ödəyiciləri qeyd edilən formanı yalnız internet vergi portalında yaradılmış xüsusi bölmə vasitəsilə təqdim etməlidirlər.
İkinci dəyişikliklə Vergi Məcəlləsinin 16.1.1-11.1-ci maddəsi ləğv edilib. Həmin maddədə qeyd edilirdi ki, vergi ödəyicisi  mülkiyyət, icarə və ya digər əşya hüquqları əsasında istifadə edilən və (və ya) vergi orqanlarında təsərrüfat subyekti (obyekti) kimi uçota alınmış malların saxlanılacağı (boşaldılacağı) yer barədə məlumatı qeyd etməlidir. 
Maddənin ləğv edilməsini vergi inzibatçılığının təkmilləşdirilməsi kimi qiymətləndirənlər də var. Bundan əlavə, artıq növbəti dəyişiklikdən aydın olur ki, idxalla məşğul olan (karqo şirkətləri istisna olmaqla) vergi ödəyiciləri ilə bağlı nəzarət tədbirləri yumşaldılıb.
Vergi Məcəlləsinin 16.1.11-11.3-cü maddəsinə edilən dəyişikliyə əsasən, “bir” sözündən sonra “və ya bir neçə” sözləri əlavə edilib.  Son dəyişikliyədək vergi ödəyicisinin vergi orqanında bir təsərrüfat subyekti (obyekti) olduğu halda vergi orqanına müvafiq forma göndərilməsi tələbi var idi. Misal üçün, bank fəaliyyəti göstərən vergi ödəyicisinin baş ofisi ilə yanaşı, filialları olduğu halda idxalla bağlı formanı təqdim etməli idi. Amma yeni dəyişiklikdən sonra vergi ödəyicisinin birdən artıq təsərrüfat subyekti (obyekti) olduğu halda da vergi orqanına idxalla bağlı məlumat forması təqdim etməsinə ehtiyac qalmayıb. Öncəki dəyişiklikdə qeyd etdiyimiz kimi, Vergi Məcəlləsində olunan dəyişikliklərlə idxalla məşğul olan vergi ödəyicisinə yumşalmalar tətbiq edilib.
Maddəyə edilən sonuncu dəyişiklik qeyri-sahibkarlıq və şəxsi istifadə üçün mallar idxal olunan zaman müvafiq formanın təqdim edilməməsi ilə bağlıdır. Misal üçün, fərdi sahibkar şəxsi istifadə üçün minik avtomobili idxal edirsə, Vergi Məcəlləsinin 16.1.11-11-ci maddəsində nəzərdə tutulan məlumat formasını vergi orqanına göndərməyəcək.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

Satışı davam edənlər:

1. Vergi Məcəlləsi 2025

2.  "Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS tələblərinin izahı" 

3. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu 
4.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) 
5. Vergi Məcəlləsi. Ümumi hissənin izahı IV nəşr) -2025 (fevral ayından satışda olacaq)
6. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  
7. ƏMAS Platforması - 2024 (II nəşr)
8. A-dan Z-yə: Kargüzarlıq - VI nəşr (fevral ayından satışda olacaq)
8.  Vergi uçotu A-dan-Z-yə - VIII nəşr (fevral ayından satışda olacaq)

Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:

1. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
2. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
3.  Vergi Platforması - I nəşr

 

Sifariş və məlumat üçün what's app üzərindən əlaqə vasitəsi:  

050-368-12-72

0 Komment

    Şərh yazın

    Xəbərlər