Yemək xərcinin ödənilməsi zamanı işçinin ezamiyyət və məzuniyyətdə olması halı necə tənzimlənəcək?

Yemək xərcinin ödənilməsi zamanı işçinin ezamiyyət və məzuniyyətdə olması halı necə tənzimlənəcək?

Satışı davam edən "Vergi Məcəlləsi 2025" kitabından seçmə

Nazirlər Kabinetinin 492 saylı qərarının 2.5-ci maddəsinə əsasən, işçilərin işdə olmadığı (məzuniyyət, xəstəlik və s. ilə əlaqədar) və ya ezamiyyətdə olduğu günlər üçün ödənilən yemək xərcləri bu Qaydaya əsasən gəlirdən çıxılmır.
Mİsal 1. Vergi ödəyicisi işçiyə gündəlik 5 manat yemək xərci müəyyən edib. Beşgünlük iş həftəsində çalışan vergi ödəyicisinin işçisi 2025-ci ilin 1 iyul tarixindən 14 günlük məzuniyyət hüququndan istifadə edib. İşçinin işə başlama tarixi 15 iyul olduğu üçün o, iyul ayında 23 iş günü yox, 13 iş günü (10 iş günü məziniyyətdə olduğu üçün nəzərə alınmır) işləmiş olacaq. İşəgötürən işçiyə yemək xərcini də 23 iş gününə yox, 13 gününə müvaq olaraq 65 manat (13 iş günü x 5 manat (yemək xərci)) məbləğində ödəməlidir. Çünki 14 günlük məzuniyyət dövrünə təsadüf edən 10 iş gününə görə yemək xərci ödənilməməlidir.
Mİsal 2.  İşəgötürənin qərarına əsasən 2025-ci ilin avqust ayında işçi 3 iş günü Bərdə şəhərinə ezam olunub. Həmçinin, işçi əmək qabiliyyətini müvəqqəti itirdiyi üçün 2 iş günü işə gəlməyib. Avqust ayında işçi 4 iş günü də ödənişsiz məzuniyyətdə olub. 2025-ci ilin istehsalat təqvimində beşgünlük iş rejimi üzrə iş günlərin sayı 21-dir. Bu halda işəgötürən işçiyə 21 iş günü yox, 12 iş günü (21 iş günü (avqust ayı üzrə iş günlərin sayı) – 3 iş günü (ezamiyyətdə olduğu dövr) – 2 iş günü (əmək qailiyyətini müvəqqəti itirdiyi dövr) – 4 iş günü (ödənişsiz məzuniyyətdə olan dövr)) üzrə yemək xərci ödəməlidir.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

Satışı davam edənlər:

1.  "Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS tələblərinin izahı" 2024 

2. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu 
3.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) 
4. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 
5. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  
6. ƏMAS Platforması - 2024 (II nəşr)
7. A-dan Z-yə: Kargüzarlıq - V nəşr
8.  Vergi Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə) 
9.  Vergi uçotu A-dan-Z-yə - VIII nəşr

Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:

1. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
2. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
3.  Vergi Platforması - I nəşr

 

Sifariş və məlumat üçün what's app üzərindən əlaqə vasitəsi:  

050-368-12-72

0 Komment

    Şərh yazın

    Xəbərlər