Əmtəəsiz əməliyyatlar aparan şəxs necə müəyyən edilir? (Misallarla izah)

Əmtəəsiz əməliyyatlar aparan şəxs necə müəyyən edilir? (Misallarla izah)

Satışına start verilən "Vergi Məcəlləsi 2025" kitabından seçmə

- Vergi Məcəlləsinin 13.2.81-ci maddəsinə əsasən əmtəəsiz əməliyyatlar aparan şəxs (Maddə 2.1.3).
Son dəyişikliklərdən sonra Nazirlər Kabinetinin 265 nömrəli Qərarına əsasən əmtəəssiz əməliyyat aparan şəxs də riskli vergi ödəyicisi hesab edilə bilər. Sual yarana bilər ki, qərarda nəzərdə tutulan ilk iki halda xidmət və malları təqdim edən şəxslərlə əmtəəsiz əməliyyat aparan şəxsin fərqi nədir, niyə əmtəəsiz əməliyyatlar aparan şəxs ayrıca təsnifləşdirilib?
Sualın cavabını tapmaq üçün əvvəlcə Vergi Məcəlləsinin 13.2.81-ci maddəsində verilmiş əmtəəsiz əməliyyat anlayışının tərifinə nəzər salaq: “Maddə  13.2.81. əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə və ya bu cür məqsəd olmadan aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət (gəlir) əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlardır”.
Maddədən göründüyü kimi, əmtəəsiz əməliyyat faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən aparılan əməliyyatdır. İndi isə həm xidmət, həm də malların təqdim edilməsi üzrə misalı nəzərdən keçirək ki, əmtəəsiz əməliyyat anlayışı oxuculara daha aydın olsun.
Mİsal. Vergi ödəyicisi müqaviləyə əsasən qarşı tərəfə obyektin 2 000 manatlıq dizayn xidmətini göstərib. Həmçinin, obyektin 20 000 manatlıq təmiri xidmətini yerinə yetirib.  Həmin vergi ödəyicisi digər vergi ödəyicisinə 10 000 manatlıq tikinti materialları satıb, həmçinin 2 000 manatlıq metal qırıntılarının təqdim olunmasını həyata keçirib. Vergi nəzarəti təbdirləri zamanı məlum olur ki, obyektin dizaynı həyata keçirilsə də, həmin obyektdə hər hansı təmir işləri aparılmayıb. Digər vergi ödəyicisi isə tikinti materiallarının alınmasını faktiki olaraq həyata keçirməyib, sadəcə, əməliyyat sənədləşdirilib. Amma vergi ödəyicisinə 2 000 manatlıq metal qırıntıları təqdim edilib.
Bu şərtlər daxilində 4 əməliyyatdan 2-si əmtəəsiz əməliyyatdır:
- 20 000 manatlıq obyektin təmiri xidməti;
- 10 000 manatlıq tikinti materialların təqdim olunması.
Digər iki əməliyyat (dizayn xidməti və metal qırıntıların təqdim olunması) faktiki olaraq həyata keçirildiyi üçün əmtəəsiz əməliyyat anlayışına uyğun gəlmir.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

Satışı davam edənlər:

1.  "Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS tələblərinin izahı" 2024 

2. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu 
3.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) 
4. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 
5. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  
6. ƏMAS Platforması - 2024 (II nəşr)
7. A-dan Z-yə: Kargüzarlıq - V nəşr
8.  Vergi Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə) 
9.  Vergi uçotu A-dan-Z-yə - VIII nəşr

Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:

1. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
2. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
3.  Vergi Platforması - I nəşr

 

Sifariş və məlumat üçün what's app üzərindən əlaqə vasitəsi:  

050-368-12-72

0 Komment

    Şərh yazın