Anar Bayramovun təqdimatında: Hüququ şəxslərin qeydiyyat məlumatlarında baş vermiş dəyişikliklərin elektron qaydada təqdim edilməsi (YENİLİK)

Anar Bayramovun təqdimatında: Hüququ şəxslərin qeydiyyat məlumatlarında baş vermiş dəyişikliklərin elektron qaydada təqdim edilməsi (YENİLİK)

Artıq yaxın günlərdə kommersiya hüququ şəxslərin qeydiyyat məlumatlarında baş vermiş dəyişikliklərlə bağlı sənədləri, məlumatları vergi orqanına kağız daşıyıcıda deyil, elektron qaydada təqdim edəcəyik.
Biznes mühiti və beynəlxalq reytinqlər üzrə komissiyanın işçi qrupları çərçivəsində müzakirə olunan məsələlərdən biri olan beynəlxalq reytinqlərdə ölkəmizin reytinqinin daha da yaxşılaşdırılması üçün DVX tərəfindən bir sıra elektron xidmətlər hazırlanıb. Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Vergitutma” və “Biznesə daxilolma” indikatorları üzrə həyata keçirilən yol xəritələri çərçivəsində irəli sürülmüş təkliflər əsasında DVX-nin hazırladığı növbəti rəqəmsal xidmətlərdən biri kimi kommersiya hüququ şəxslərin qeydiyyat məlumatlarında baş vermiş dəyişikliklərlə bağlı sənədləri, məlumatları vergi orqanına kağız daşıyıcıda deyil, elektron qaydada təqdim edilməsi xidməti tezliklə biznes subyektlərinə təqdim ediləcək.
 
Belə ki, bildiyimiz kimi hal-hazırda yalnız yerli investisiyalı kommersiya hüquqi şəxslərin ilkin qeydiyyatı ilə bağlı prosedurlar elektron qaydada həyata keçirilir. Ancaq sonrakı dövrlərdə kommeriya hüquqi şəxslərdə baş verən dəyişikliklər, məsələn MMC-nin adının dəyişdirilməsi, direktor dəyişikliyi hüquqi ünvan dəyişikliyi, təsisçi dəyişikliyi, nizamnamə kapitalı ilə bağlı dəyişiklik və digər dəyişikliklər üçün mütləq kağız daşıyıcıda vergi orqanına müraciət edilməlidir. Amma vergi orqanı tərəfindən bu rəqəmsal xidmət istifadəyə verildikdən sonra 3 gün ərzində bu proseslər elektron qaydada həll olunacaq. Belə ki, bunun üçün mütləq təsisçilərin gücləndirilmiş elektron imzaları olmalıdır. Məsələn, MMC-nin icra orqanı olaraq rəhbəri olan direktoru dəyişdirilirsə o zaman elektron qaydada portalda yeni direktorun məlumatları müvafiq xanalara daxil ediləcək, onlayn qaydada təsisçilərin qərarı elektron imza ilə imzalanacaq, qərar avtomatik generasiya olunacaq və bütün tələb olunan müvafiq xanalar doldurulduqdan sonra ərizə onlayn qaydada göndəriləcək.
 
Vergi orqanı tərəfindən məlumatlarda uyğunsuzluq aşkar edilməzsə yeni reyestrdən çıxarış hüquqi şəxsin elektron kabinetinə göndəriləcək. Eyni qaydada məsələn şirkətin paylarının alqı-satqısı zamanı təsisçi məlumatlarında dəyişiklik olarsa, yəni təsisçi dəyişlikyi olarsa o zaman da yeni təsisçi və ya təsisçilər barədə məlumatlar elektron qaydada ərizənin müvafiq xanaları doldurulduqdan və tələb edilən sənədlər(məsələn alqı-satqı müqaviləsi) yükləndikdən sonra, onlayn qaydada təsisçi qərarı, yeni redaksiyada nizamnamə(və ya nizamnaməyə edilmiş dəyişiklik layihəsi) elektron imza ilə imzalanır və ərizə vergi orqanına göndərilir. Vergi orqanı tərəfindən məlumatlarda uyğunsuzluq aşkar edilməzsə nizamnamə və yeni reyestrdən çıxarış hüquqi şəxsin elektron kabinetinə göndəriləcək.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

Satışı davam edənlər:

1.  "Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS tələblərinin izahı" 2024 

2. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu 
3.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) 
4. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 
5. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  
6. ƏMAS Platforması - 2024 (II nəşr)
7. A-dan Z-yə: Kargüzarlıq - V nəşr
8.  Vergi Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə) 
9.  Vergi uçotu A-dan-Z-yə - VIII nəşr

Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:

1. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
2. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
3.  Vergi Platforması - I nəşr

 

Sifariş və məlumat üçün what's app üzərindən əlaqə vasitəsi:  

050-368-12-72

0 Komment

    Şərh yazın

    Xəbərlər