RƏSMİ! Baş nazirin təsdiq etdiyi qərarda işçilərin yemək xərclərinin hansı hallarda gəlirdən çıxılmasına icazə veriləcək? (1-ci yazı)

RƏSMİ! Baş nazirin təsdiq etdiyi qərarda işçilərin yemək xərclərinin hansı hallarda gəlirdən çıxılmasına icazə veriləcək? (1-ci yazı)

MKS Academy-nin ekspertləri Nazirlər Kabinetinin 492 saylı qərarının tələblərini izah edir

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun imzaladığı 22 noyabr 2024-cü il tarixli, 492 saylı qərar ilə  “Nümayəndəlik xərclərinin, işçilərin mənzil və yemək xərclərinin, eləcə də əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə verilən müalicə-profilaktik yeməklərlə, süd və ona bərabər tutulan digər məhsullar və vasitələrlə bağlı xərclərin vergitutma məqsədləri üçün gəlirdən çıxılması NORMALARI və QAYDASI” təsdiq olundu.

Nazirlər Kabinetinin 492 saylı qərarı əsasən aşağıdakı 3 halı tənzimləyir:

  • İşçilərin yemək xərclərinin, eləcə də əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə verilən müalicə-profilaktik yeməklərlə, süd və ona bərabər tutulan digər məhsullar və vasitələrlə bağlı xərclərin vergitutma məqsədləri üçün gəlirdən çıxılması normaları və qaydası;
  • İşçilərlə bağlı mənzil xərclərinin gəlirdən çıxılması norması və qaydası;
  • Nümayəndəlik xərclərinin gəlirdən çıxılması norması və qaydası.

İlk yazımızda işçilərin yemək xərcləri ilə bagli qaydaların tələblərini izah edəciyik.

Qaydalara əsasən, işçilərlə bağlı yemək xərclərinin hər bir işçi üzrə gəlirdən çıxılan gündəlik norması yemək xərclərinin əvəzi birbaşa işçiyə ödənildikdə - 5 (beş) manat, iaşə xidməti işəgötürənin özü tərəfindən təmin edildikdə və ya ictimai iaşə fəaliyyəti göstərən digər vergi ödəyicisindən alındıqda - 5 (beş) manat məbləğində gəlirdən çıxılmasına icazə veriləcək.

Misal 1. İşəgötürən cari ayda 20 Iş günü üçün işçiyə nağdsız qaydada gündəlik 8 manat olmaqla cəmi 160 manat yemək xərcini nağdsız qaydada ödəyib. Bu zaman işçiyə hesablanan cəmi yemək xərcindən yalnız 100 manat (20 iş günü x 5 manat (gündəlik xərc)) məbləğində yemək xərcinin gəlirdən çıxılmasına icazə verilir.

Misal 2. Vergi ödəyicisi ictimai iaşə fəaliyyəti göstərən digər vergi ödəyicisi ilə bağladığı müqaviləyə əsasən 25 nəfər işçi üçün 200 manatlıq yemək xərci alıb. Hər bir işçi üzrə 8 manat (200 manat (yemək xərci)/25 nəfər (işçi sayı) məbləğində yemək xərc hesablansa da, qaydaların tələblərinə uyğun olaraq 125 manat (25  (işçi sayı) x 5 manat (qaydalara uyğun müəyyənləşdiriilən məbləğ) məbləğin gəlirdən çıxılmasına icazə veriləcək.

Növbəti yazımızda hansı hallarda yemək xərcinin gəlirdən çıxılmasına icazə verilməməsi hallarına aydınlıq gətiriləcək.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

Satışı davam edənlər:

1.  "Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS tələblərinin izahı" 2024 

2. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu 
3.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) 
4. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 
5. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  
6. ƏMAS Platforması - 2024 (II nəşr)
7. A-dan Z-yə: Kargüzarlıq - V nəşr
8.  Vergi Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə) 
9.  Vergi uçotu A-dan-Z-yə - VIII nəşr

Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:

1. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
2. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
3.  Vergi Platforması - I nəşr

 

Sifariş və məlumat üçün what's app üzərindən əlaqə vasitəsi:  

050-368-12-72

0 Komment

    Şərh yazın