Sirac Piriyevin təqdimatında: Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması barədə qərarın qüvvəyə minmə tarixi

Sirac Piriyevin təqdimatında: Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması barədə qərarın qüvvəyə minmə tarixi

Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Qərar qəbul edib.
Tanınmış vəkil Sirac Piriyevin fikrincə, Nazirlər Kabinetinin riskli vergi ödəyici ilə bağlı qaydaların bəndi ilə "İnzibati icraat haqqında" Qanunun maddəsi arasında ziddiyət mövcuddur: "Yeni dəyişikliklə vergi ödəyicisinin risk meyarlarını əks etdirən Qaydaların 4.2-ci bəndinə aşağıdakı məzmunda sonuncu cümlə əlavə edilmişdir: "Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması barədə qərar həmin qərarın qəbul edilməsinə əsas olan əməliyyatın aparıldığı tarixdən qüvvəyə minir".
Bu formada dəyişiklik təklifinin səbəbi şübhəsiz ki, mövcud məhkəmə təcrübəsidir. Seçilən çıxış yolu isə uğursuzdur. Belə ki, riskli vergi ödəyicisi hesab olunma qərarı hər bir halda aparılan əməliyyatdan sonra qəbul olunur. Sadəcə vergi orqanları çox vaxt riskli qərarın məhz həmin şəxslər arasındakı əməliyyatla bağlı qəbul olunduğunu əsaslandıra bilmədiyi üçün məhkəmələr hesab edir ki, əməliyyat aparılan zaman qarşı tərəf riskli vergi ödəyicisi olmadığından şəxs onunla əməliyyat aparılmasından çəkinməkdə maraqlı ola bilməzdi. Hazırki dəyişiklik də bu yanaşmada nəyəsə təsir göstərmir. Riskli qərarı əvvəlki tarixdən qüvvədə olsa da, önəmli olan şəxsin bundan nə vaxt məlumatlı olmasıdır. İnzibati icraat haqqında Qanunun 64.1-ci maddəsinə görə, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. Göründüyü kimi, Qaydaların həmin bəndi Qanunla da ziddiyyət təşkil edir. “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 2.6-cı maddəsinə görə, fərman və ya digər normativ hüquqi akt qanunla ziddiyyət təşkil etdikdə qanun tətbiq edilir. Bu baxımdan Qaydaların həmin bəndi məqsədli şəkildə əlavə edilməsinə baxmayaraq, heç bir əhəmiyyəti olmayacaqdır."

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

Satışı davam edənlər:

1.  "Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS tələblərinin izahı" 2024 

2. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu 
3.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) 
4. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 
5. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  
6. ƏMAS Platforması - 2024 (II nəşr)
7. A-dan Z-yə: Kargüzarlıq - V nəşr
8.  Vergi Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə) 
9.  Vergi uçotu A-dan-Z-yə - VIII nəşr

Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:

1. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
2. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
3.  Vergi Platforması - I nəşr

 

Sifariş və məlumat üçün what's app üzərindən əlaqə vasitəsi:  

050-368-12-72

0 Komment

    Şərh yazın

    Xəbərlər