Anar Bayramovun təqdimatında: Riskli vergi ödəyiciləri ilə bağlı YENİ 3 hal

Anar Bayramovun təqdimatında: Riskli vergi ödəyiciləri ilə bağlı YENİ 3 hal

Vergi ödəyiciləri üçün ən mühüm olan qərarlardan biri olan "Vergi ödəyicisinin risk meyarları və vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi, həmin siyahıdan çıxarılması Qaydası və şərtləri" dəyişdirildi.

Artıq yeni dəyişikliyə əsasən ancaq aşağıda qeyd edilən 3 halda vergi ödəyicisi riskli vergi ödəyicisi hesab edilə bilər:

1. İşçi qüvvəsi, əsas vəsait, xammal-material və digər iqtisadi resurs tələb edən iş və xidmətlərin göstərilməsi zamanı əgər vergi ödəyicisinin yuxarıda adı çəkilən iqtisadi resursları yoxdursa və iş və xidmət göstərirsə o zaman xidmət göstərən şəxs riskli vergi ödəyicisi hesab ediləcək. Məsələn, vergi ödəyicisi digər bir vergi ödəyicisinə beş mərtəbəli bir qeyri-yaşayış sahəsinin təmiri xidmətlərini göstərir. Məlumdur ki, bu xidmətlərin göstərilməsi üçün xidmət göstərən vergi ödəyicisinin işçi qüvvəsi olmalıdır, təmir işlərinin görülməsində əsas vəsaitin istifadəsi zəruri ola bilər, xammal və materialların istifadəsi tələb edilə bilər, amma xidməti göstərən vergi ödəyicisində bu iqtisadi göstəricilərin heç biri yoxdur, habelə subpodratçı kimi də başqa bir şəxsi işə cəlb etməyib. Belə olan təqdirdə məlumdur ki, təmir xidmətlərini göstərən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab ediləcəkdir.

2. Malların alışını elektron qaimə, malların alış aktı, yük gömrük bəyannaməsi ilə rəsmiləşdirmədən həmin malların satışı həyata keçirən şəxslər riskli vergi ödəyici hesab ediləcəkdir. Amma bəzi istisna hallar nəzərə alınmalıdır. Əgər vergi ödəyicisində əvvəllər operativ və ya səyyar vergi yoxlaması həyata keçirilən zaman sənədsiz mal kimi rəsmiləşdirilən malları vergi orqanı təqdim edirsə bu zaman vergi ödəyicisi riskli vergi ödəyicisi hesab edilməyəcək. Habelə notarial qaydada təsdiq edilmiş müqavilələrlə əldə edilmiş əmlakların(nəqliyyat vasitələri, yaşayış və qeyri yaşayış sahələri), istehsal zamanı əldə edilən malların (söküntüdən, hasilatdan), nizamnamə kapitalına qoyulmuş əsas vəsaitlərin təqdim edilməsi zamanı da vergi ödəyicisi üçün riskli vergi ödəyicisi hesab edilməyəcək.

3. Vergi Məcəlləsinin 13.2.81-ci maddəsinə əsasən əmtəəsiz əməliyyatlar aparan şəxslər riskli vergi ödəyicisi hesab ediləcəklər. Yəni, vergi ödəyicisi faktiki olaraq reallıqda heç bir mal, iş, xidmət təqdim etməyib. Sadəcə olaraq hər hansı bir əməliyyatı pərdələmək üçün saxta sənədləşmə işi aparılıb ki, bu halda da təbii ki, vergi ödəyicisi riskli vergi ödəyicisi hesab ediləcəkdir.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

Satışı davam edənlər:

1.  "Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS tələblərinin izahı" 2024 

2. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu 
3.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) 
4. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 
5. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  
6. ƏMAS Platforması - 2024 (II nəşr)
7. A-dan Z-yə: Kargüzarlıq - V nəşr
8.  Vergi Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə) 
9.  Vergi uçotu A-dan-Z-yə - VIII nəşr

Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:

1. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
2. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
3.  Vergi Platforması - I nəşr

 

Sifariş və məlumat üçün what's app üzərindən əlaqə vasitəsi:  

050-368-12-72

0 Komment

    Şərh yazın

    Xəbərlər