Anar Bayramovun təqdimatında: Aylıq nağd ödəniş limiti hansı halda 30 000 yox 50 000 manat olacaq?

Anar Bayramovun təqdimatında: Aylıq nağd ödəniş limiti hansı halda 30 000 yox 50 000 manat olacaq?

1 yanvar 2025-ci ildən "Nağdsız hesablaşmalar haqqında" Qanuna nəzərdə tutulmuş dəyişikliyə əsasən ƏDV ödəyiciləri və dövriyyəsindən 8% dərəcəsi ilə sadələşdirilmiş vergi ödəyən ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği əvvəlki təqvim ayında təqdim edilən mal, iş və xidmətlər üzrə dövriyyənin (ƏDV daxil olmaqla) 2%-indən artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir.
Əvvəlki təqvim ayında təqdim edilən mal, iş və xidmətlər üzrə dövriyyənin (ƏDV daxil olmaqla) 2%-i otuz min manatdan az olduqda, təqvim ayı ərzində ümumi məbləği otuz min manatdan artıq olan hesablaşmalar üzrə, əvvəlki təqvim ayında təqdim edilən mal, iş və xidmətlər üzrə dövriyyənin (ƏDV daxil olmaqla) 2%-i əlli min manatdan çox olduqda isə təqvim ayı ərzində ümumi məbləği əlli min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir.
Məsələn, ƏDV ödəyicisinin ötən ayda təqdim etdiyi malların dəyəri ƏDV daxil 2 milyon manat olmuşdur. Bildiyimiz kimi cari qanunvericiliyə əsasən ƏDV ödəyiciləri ay ərzində 30 min manatdan artıq nağd ödənişləri edə bilməzlər. Nəzərədə tutulan dəyişiklikdən sonra ƏDV ödəyicisi cari ayda 40 min manat (2 milyon manat*2%) məbləğində nağd qaydada ödənişləri həyata keçirə bilər. 40 min manatdan artıq hissəni nağdsız qaydada həyata keçirməlidir. Əgər ƏDV ödəyicisinin ötən ayda təqdim etdiyi malların, xidmətlərin dəyəri ƏDV daxil 5 milyon manat olmuşdursa, bu zaman baxmayaraq ki, 5 milyon manatın 2%-i 100 min manatdır, lakin nəzərdə tutulan qanunvericiliyə əsasən cari ayda ancaq 50 min manata qədər nağd qaydada ödənişlərini edə bilər.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

Satışı davam edənlər:

1.  "Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS tələblərinin izahı" 2024 

2. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu 
3.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) 
4. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 
5. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  
6. ƏMAS Platforması - 2024 (II nəşr)
7. A-dan Z-yə: Kargüzarlıq - V nəşr
8.  Vergi Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə) 
9.  Vergi uçotu A-dan-Z-yə - VIII nəşr

Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:

1. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
2. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
3.  Vergi Platforması - I nəşr

 

Sifariş və məlumat üçün what's app üzərindən əlaqə vasitəsi:  

050-368-12-72

0 Komment

    Şərh yazın

    Xəbərlər