Anar Bayramovun təqdimatında: Mikro sahibkarlıq subyektərinə tətbiq edilməsi gözlənilən güzəştlər zamanı 4 VACİB ŞƏRT

Anar Bayramovun təqdimatında: Mikro sahibkarlıq subyektərinə tətbiq edilməsi gözlənilən güzəştlər zamanı 4 VACİB ŞƏRT

Vergi Məcəlləsi 2025-ci ildən ediləcək əlavə dəyişikliyə əsasən dövriyyəsi 45000 manatadək olan bəzi mikro sahibkar fiziki şəxslər 3 işçisi olmadan da gəlirlərinə 75% güzəştdən tətbiq edə biləcək.
1. Proqram təminatının işlənməsi sahəsində xidmətlər;
2. layihə-dizayn və dekorasiya xidmətləri;
3. tərcümə xidməti;
4. reklam xidməti;
5. araşdırma və tədqiqat sahəsində fəaliyyət;
6. elm, təhsil, mədəniyyət və idman sahəsində göstərilən xidmətlər;
7. hüquq, sərbəst auditor, mühasibat və maliyyə sahəsi üzrə məsləhət xidmətləri;
8. jurnalistlərin fəaliyyəti;
9. bazar konyukturunun öyrənilməsi;
10. qiymətləndirmə fəaliyyəti;
11. kuryer fəaliyyəti;
12. turizm bələdçiliyi;
13. xidmətlərin ixracı.
Burada bəzi şərtlər mütləq gözlənilməlidir. Güzəşt hüququndan ancaq mikro sahibkarlıq subyekti olan fiziki şəxslər istifadə edə biləcək. Adı çəkilən fəaliyyətlərlə məşğul olan hüquqi şəxslərə şamil edilmir.
Digər şərt nəzərdə tutulan fəaliyyət sahələrində muzdlu işçi kimi çalışan fiziki şəxsin əmək müqaviləsinə xitam verilərək, həmin fəaliyyətlə fərdi sahibkar kimi məşğul olduğu və fərdi sahibkar kimi fəaliyyətə başladığı tarixdən 1 il müddətində eyni xidmətləri tam və ya qismən əvvəlki işəgötürənə göstərdiyi halda, həmin fərdi sahibkara güzəşt şamil edilmir. Yəni əgər bir fiziki şəxs yuxarıda adı çəkilən xidmətlərdən birini, məsələn dizayn xidmətini əmək müqaviləsi üzrə işçi kimi göstərirsə və bu dəyişiklikdən sonra 01.01.2025-ci ildən əmək müqaviləsinə xitam verib fərdi sahibkar kimi bu fəaliyyət üzrə əvvəlki işəgötürəninə xidmət göstərəcəksə o zaman bu güzəşt həmin fiziki şəxsə şamil edilməyəcək. Ən azı 1 il keçdikdən sonra sahibkar kimi əvvəlki işəgötürəninə xidmət göstərə bilər.
Növbəti bir şərt isə həm yuxarıda adı çəkilən xidmət göstərən, həm də başqa fəaliyyətlə məşğul olan şəxsə o zaman bu maddə şamil olunacaq ki, bu fəaliyyətdən əldə etdiyi gəliri ümumi dövriyyədəki gəlirinin 50%-indən çox olsun. Məsələn, həm dizayner, həm də daşınmaz əmlak üzrə agent kimi fəaliyyət göstərən fiziki şəxsin dizayner fəaliyyətindən illik gəliri 25000 manat, agentlik fəaliyyətindən gəliri 15000 manat olarsa, o zaman dizayner fəaliyyətindən əldə etdiyi gəliri ümumi gəlirin 62.5%-ni təşkil etdiyi üçün (25000/(40000) fiziki şəxs bütün gəlirlərinə 75% güzəşt tətbiq edə biləcək. Amma fiziki şəxsin dizayner fəaliyyətindən illik gəliri 15000 manat, agentlik fəaliyyətindən gəliri 25000 manat olarsa, o zaman dizayner fəaliyyətindən gəliri ümumi dövriyyənin 37.5%-ni(15000/(40000) təşkil etdiyi üçün baxmayaraq ki, il ərzində ümumi gəlirlərinin həcmi 45000 manatdan azdır, lakin bütün gəlirlərindən 20% dərəcəsi ilə vergi ödəyəcək. Habelə fiziki şəxsin dizayner fəaliyyətindən illik gəliri 30000 manat, agentlik fəaliyyətindən gəliri 20000 manat olarsa, o zaman baxmayaraq ki, dizayner fəaliyyətindən əldə etdiyi gəlirinin miqdarı 45000 manatdan azdır və ümumi gəlirin 50%-indən çoxdur, amma illik ümumi gəliri 45000 manatdan çox olduğu üçün heç bir gəlirinə 75%-lik güzəşt şamil edilməyəcək.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

Satışı davam edənlər:

1.  "Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS tələblərinin izahı" 2024 

2. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu 
3.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) 
4. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 
5. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  
6. ƏMAS Platforması - 2024 (II nəşr)
7. A-dan Z-yə: Kargüzarlıq - V nəşr
8.  Vergi Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə) 
9.  Vergi uçotu A-dan-Z-yə - VIII nəşr

Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:

1. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
2. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
3.  Vergi Platforması - I nəşr

 

Sifariş və məlumat üçün what's app üzərindən əlaqə vasitəsi:  

050-368-12-72

0 Komment

    Şərh yazın

    Xəbərlər