FƏRQLİ YANAŞMA! 75 faizlik güzəştdən yararlanmaq üçün fərdi sahibkarlara 1 il tələbi? (5-ci yazı)

FƏRQLİ YANAŞMA! 75 faizlik güzəştdən yararlanmaq üçün fərdi sahibkarlara 1 il tələbi? (5-ci yazı)

MKS Academy-nin 7 dekabr 2024-cü il tarixdə təşkil edəciyi “Əmək haqqı: A-dan Z-yə” mövzusunda tematik təlimdə əmək haqqı gəlirləri ilə yanaşı, işçilərin ezamiyyə qaydalarında edilən son dəyişikliklər də daxil olmaqla normativ hüquqi sənədin tələbləri haqqında geniş məlumat veriləcək. Əyani və onlayn formada keçiriləcək tematik təlim saat 15:00 – 18:00-da həyata keçiriləcək. Təlim haqqında ətraflı məlumat almaq üçün 050-368-12-72 (what’s app da aktivdir) saylı telefonla və ya [email protected] email ünvanı ilə əlaqə saxlamaq lazımdır.

Vergi Məcəlləsinə dəyişikliklər layihəsi hazırlanıb. 1 yanvar 2025-ci il tarixdən qüvvəyə minməsi təklif olunan dəyişikliklər haqqında MKS Academy-nin ekspertləri silsilə yazılar hazırlayıb. 

Qeyd etdiyimiz kimi, Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərdə diqqət çəkən məqamlardan biri bəzi fəaliyyyətlər üzrə mikro sahibkarlıq subyektlərinin 75 faiz güzəştdən yararlanması üçün orta aylıq muzdlu işçi sayının 3 nəfərdən az olmaması tələbinin ləğv edilməsidir. Vergi Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, aşağıdakı fəaliyyət növləri ilə məşğul olan və həmin fəaliyyət növlərindən təqvim ili ərzində əldə etdiyi gəlirlərin (xərclər nəzərə alınmadan) həcmi 45 000 manatadək olan fiziki və hüquqi şəxslərin həmin fəaliyyətdən əldə etdiyi gəlilərinin 75 faizi qədər güzəşt tətbiq edilməsi gözlənilir:

  • Proqram təminatının işlənməsi sahəsində xidmətlər;
  • Layihə-dizayn və dekorasiya xidmətləri;
  • Tərcümə xidməti;
  • Reklam xidməti;
  • Araşdırma və tədqiqat sahəsində fəaliyyət;
  • Elm, təhsil, mədəniyyət və idman sahəsində göstərilən xidmətlər;
  • Hüquq, sərbəst auditor, mühasibat və maliyyə sahisəi üzrə məsləhət xidmətləri;
  • Jurnalistlərin fəaliyyəti;
  • Bazar konyukturunun öyrənilməsi;
  • Qiymətləndirilmə fəaliyyəti;
  • Avtonəqliyyat vasitələri ilə yükdaşımaları istisna olmaqla, sifarişlərin çatdırılması və kuryer fəaliyyəti;
  • Turizm bələdçiliyi;
  • Xidmətlərin ixracı.

Vergi Məcəlləsinə təklif olunan dəyişiklik təsdiq olunarsa, bəzi işəgötürənlərin əmək münasibətlərdə olduğu müəyyən işçilərlə xidmət müqaviləsinə keçməsi ehtimalı yüksəkdir. Amma unutmayın ki, dəyişikliklərdə 75 faizlik güzəştdən sui-istifadə etmək istəyən işəgötürənlər üçün fərqli yanaşma nəzərdə tutulub. Təklif edilən dəyişikliyə əsasən, yuxarıda qeyd etdiyimiz fəaliyyət sahələrində muzdlu işçi kimi çalışan işçinin əmək müqaviləsinə xitam verildiyi, həmin fəaliyyətlə fərdi sahibkar kimi məşğul olduğu və fərdi sahibkar kimi fəaliyyətə başladığı tarixdən 1 il müddətində eyni xidmətləri tam və ya qismən əvvəlki işəgötürənə göstərdiyi halda, həmin fərdi sahibkara bu Məcəllənin 102.1.30-1-ci maddəsində nəzərdə tutulan güzəşt şamil edilmir.

Misal. İşəgötürən proqram təminatının işlənməsi sahəsində əmək münasibətində olduğu işçinin əmək müqaviləsinə 2025-ci ilin yanvar ayında xitam verir. İşəgötürənin əmək müqaviləsinə xitam verdiyi işçi fərdi sahibkar kimi 2025-ci ilin sonrakı dövrlərində
20 000 manatlıq xidmət müqaviləsi bağlayıb. Vergi Məcəlləsində qeyd olunan dəyişiklik təsdiq olunarsa, fərdi sahibkar həmin
20 000 manatlıq xidmət müqaviləsinə görə hesablanan gəlir vergisi üzrə 75 faizlik güzəştdən istifadə edə bilməyəcək. Cünki fərdi sahibkar həmin vergi ödəyicisi ilə öncəki 1 il ərzində əmək münasibətlərində olub. Beləliklə, 20 000 manatlıq xidmət müqaviləsinə münasibətdə 5 faiz (75 faiz güzəşt nəzərə alınmaqla) yox, 20 faiz məbləğində gəlir vergisi hesablanacaq.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

Satışı davam edənlər:

1.  "Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS tələblərinin izahı" 2024 

2. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu 
3.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) 
4. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 
5. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  
6. ƏMAS Platforması - 2024 (II nəşr)
7. A-dan Z-yə: Kargüzarlıq - V nəşr
8.  Vergi Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə) 
9.  Vergi uçotu A-dan-Z-yə - VIII nəşr

Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:

1. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
2. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
3.  Vergi Platforması - I nəşr

 

Sifariş və məlumat üçün what's app üzərindən əlaqə vasitəsi:  

050-368-12-72

0 Komment

    Şərh yazın

    Xəbərlər