Qadağa! Hansı qurumda çalışan işçilərin həyat yığım sığortası üzrə güzəşti ləğv ediləcək? (4-cü yazı)

Qadağa! Hansı qurumda çalışan işçilərin həyat yığım sığortası üzrə güzəşti ləğv ediləcək? (4-cü yazı)

MKS Academy-nin ekspertləri 1 yanvar 2025-ci il tarixdən Vergi Məcəlləsində qüvvəyə minməsi gözlənilən dəyişiklikləri izah edirlər

 Vergi Məcəlləsinə dəyişikliklər layihəsi hazırlanıb. 1 yanvar 2025-ci il tarixdən qüvvəyə minməsi təklif olunan dəyişikliklər haqqında MKS Academy-nin ekspertləri silsilə yazılar hazırlayıb. 

 

Vergi Məcəlləsinin 102.1.8-ci maddəsinə əsasən, 3 ildən az olmayan müddətə bağlanan müqavilə ilə həyatın yığım sığortası və pensiya sığortası üzrə işəgötürənin sığortaolunanın vergiyə cəlb olunan gəlirlərinin 50 faizindən çox olmayan hissəsindən Azərbaycan Respublikasının sığortaçılarına ödədikləri sığorta haqları, həyatın yığım sığortası və pensiya sığortası üzrə müqavilənin qüvvəyə mindiyi andan etibarən 3 illik müddət keçdikdən sonra sığorta olunana və faydalanan şəxsə ödənilən hər hansı məbləğlər gəlir vergisindən azaddır.

Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə yalnız qeyri-dövlət sektoruna aid edilən işəgötürənlərin Vergi Məcəlləsinin 102.1.8-ci maddəsində nəzərdə sığorta haqları üzrə 50 faizlik güzəştdən faydalanması nəzərdə tutulur. Dəyişiklik təsdiqlənərsə, dövlət sektoruna aid edilən işəgötürənlərdə çalışan işçilər üçün 1 yanvar 2025-ci il tarixdən 50 faizlik güzəşt ləğv ediləcək, tam məbləğ gəlir vergisinə cəlb olunacaq.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

Satışı davam edənlər:

1.  "Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS tələblərinin izahı" 2024 

2. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu 
3.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) 
4. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 
5. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  
6. ƏMAS Platforması - 2024 (II nəşr)
7. A-dan Z-yə: Kargüzarlıq - V nəşr
8.  Vergi Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə) 
9.  Vergi uçotu A-dan-Z-yə - VIII nəşr

Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:

1. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
2. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
3.  Vergi Platforması - I nəşr

 

Sifariş və məlumat üçün what's app üzərindən əlaqə vasitəsi:  

050-368-12-72

0 Komment

    Şərh yazın

    Xəbərlər