Faydalı təklif! Hansı vergi ödəyicilərinin vergi orqanına idxal haqqında formanı təqdim etməməsi nəzərdə tutulub? (3-cü yazı)

Faydalı təklif! Hansı vergi ödəyicilərinin vergi orqanına idxal haqqında formanı təqdim etməməsi nəzərdə tutulub? (3-cü yazı)

MKS Academy-nin ekspertləri 1 yanvar 2025-ci il tarixdən Vergi Məcəlləsində qüvvəyə minməsi gözlənilən dəyişiklikləri izah edirlər

Vergi Məcəlləsinə dəyişikliklər layihəsi hazırlanıb. 1 yanvar 2025-ci il tarixdən qüvvəyə minməsi təklif olunan dəyişikliklər haqqında MKS Academy-nin ekspertləri silsilə yazılar hazırlayıb. 

Vergi Məcəlləsinin 1 yanvar 2023-cü il tarixdən etibarən qüvvədə olan 16.11.11-11-ci maddəsinin yeni redaksiyasında qeyd edilir ki,  neft-qaz sahəsində fəaliyyəti olan və ya dövlət sektoruna aid edilən, habelə “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə edən vergi ödəyiciləri istisna olmaqla, digər vergi ödəyiciləri tərəfindən idxal ediləcək mallar barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən formada müvafiq məlumatları malların gömrük nəzarətindən çıxdığı vaxtadək (hava nəqliyyatı ilə daşınan malların gömrük nəzarətindən çıxdığı vaxtdan 1 iş günü müddətində) uçotda olduğu vergi orqanına verməlidir. Bundan əlavə, Vergi Məcəlləsinin 16.1.11-11.3-cü maddəsinin ikinci abzasına əsasən, vergi ödəyicisinin vergi orqanında uçota alınmış bir təsərrüfat subyekti (obyekti) olduğu halda bu maddədə nəzərdə tutulan məlumat forması vergi orqanına təqdim edilmir.

Vergi Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, vergi ödəyicisinin vergi orqanında uçota alınmış bir və ya bir neçə obyekti olduğu halda idxal formasını vergi orqanına təqdim etməməsi nəzərdə tutulur. Beləliklə, qeyd olunan dəyişiklik təsdiq edilərsə, bir neçə obyekti olan vergi ödəyicisi 1 yanvar 2025-ci il tarixdən idxalla bagli müvafiq formanı vergi orqanına təqdim etməyəcək.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

Satışı davam edənlər:

1.  "Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS tələblərinin izahı" 2024 

2. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu 
3.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) 
4. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 
5. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  
6. ƏMAS Platforması - 2024 (II nəşr)
7. A-dan Z-yə: Kargüzarlıq - V nəşr
8.  Vergi Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə) 
9.  Vergi uçotu A-dan-Z-yə - VIII nəşr

Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:

1. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
2. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
3.  Vergi Platforması - I nəşr

 

Sifariş və məlumat üçün what's app üzərindən əlaqə vasitəsi:  

050-368-12-72

0 Komment

    Şərh yazın

    Xəbərlər