ƏLA TƏKLİF! Mikro sahibkarlıq subyektlərinin hansı fəaliyyət növləri üzrə 3 işçi tələbi aradan qaldırılacaq? (2-ci yazı)

ƏLA TƏKLİF! Mikro sahibkarlıq subyektlərinin hansı fəaliyyət növləri üzrə 3 işçi tələbi aradan qaldırılacaq? (2-ci yazı)

MKS Academy-nin ekspertləri 1 yanvar 2025-ci il tarixdən Vergi Məcəlləsində qüvvəyə minməsi gözlənilən dəyişiklikləri izah edirlər

MKS Academy-nin 7 dekabr 2024-cü il tarixdə təşkil edəciyi “Əmək haqqı: A-dan Z-yə” mövzusunda tematik təlimdə əmək haqqı gəlirləri ilə yanaşı, işçilərin ezamiyyə qaydalarında edilən son dəyişikliklər də daxil olmaqla normativ hüquqi sənədin tələbləri haqqında geniş məlumat veriləcək. Əyani və onlayn formada keçiriləcək tematik təlim saat 15:00 – 18:00-da həyata keçiriləcək. Təlim haqqında ətraflı məlumat almaq üçün 050-368-12-72 (what’s app da aktivdir) saylı telefonla və ya [email protected] email ünvanı ilə əlaqə saxlamaq lazımdır.

1 yanvar 2024-cü il tarixdən Vergi Məcəlləsində edilən dəyişikliklər içərisində ən çox müzakirəyə səbəb olanı mikro sahibkarlıq subyektlərinə münasibətdə mənfəət (gəlir) vergisi üzrə 75 faiz güzəştdən yararlanmaq üçün orta aylıq muzdlu işçi sayının 3 nəfərdən az olmaması tələbi idi.

Dəyişikliklər layihəsində bəzi fəaliyyətlər üzrə işçi sayının 3 nəfərdən az olmaması tələbinin ləğvi nəzərdə tutulsa da, gəlirlər üzrə maksimum məbləğ tələbi var. Belə ki, Vergi Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, aşağıdakı fəaliyyət növləri ilə məşğul olan və həmin fəaliyyət növlərindən təqvim ili ərzində əldə etdiyi gəlirlərin (xərclər nəzərə alınmadan) həcmi 45 000 manatadək olan fiziki və hüquqi şəxslərin həmin fəaliyyətdən əldə etdiyi gəlilərinin 75 faizi qədər güzəşt tətbiq edilməsi gözlənilir:

  • Proqram təminatının işlənməsi sahəsində xidmətlər;
  • Layihə-dizayn və dekorasiya xidmətləri;
  • Tərcümə xidməti;
  • Reklam xidməti;
  • Araşdırma və tədqiqat sahəsində fəaliyyət;
  • Elm, təhsil, mədəniyyət və idman sahəsində göstərilən xidmətlər;
  • Hüquq, sərbəst auditor, mühasibat və maliyyə sahisəi üzrə məsləhət xidmətləri;
  • Jurnalistlərin fəaliyyəti;
  • Bazar konyukturunun öyrənilməsi;
  • Qiymətləndirilmə fəaliyyəti;
  • Avtonəqliyyat vasitələri ilə yükdaşımaları istisna olmaqla, sifarişlərin çatdırılması və kuryer fəaliyyəti;
  • Turizm bələdçiliyi;
  • Xidmətlərin ixracı.

Misal. Təcrümə xidməti göstərən vergi ödəyicisinin 2025-ci il üzrə gəlirləri (xərclər nəzərə alınmadan) 30 000 manat təşkil edir. Vergi Məcəlləsində təklif edilən dəyişikliklər təsdiq olunduğu halda vergi ödəyicisinin işçi sayı 3 nəfərdən az olsa da, mənfəət (gəlir) vergisi 20 faiz yox, 5 faiz (75 faiz güzəşt nəzərə alınmaqla) hesablanacaq.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

Satışı davam edənlər:

1.  "Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS tələblərinin izahı" 2024 

2. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu 
3.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) 
4. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 
5. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  
6. ƏMAS Platforması - 2024 (II nəşr)
7. A-dan Z-yə: Kargüzarlıq - V nəşr
8.  Vergi Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə) 
9.  Vergi uçotu A-dan-Z-yə - VIII nəşr

Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:

1. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
2. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
3.  Vergi Platforması - I nəşr

 

Sifariş və məlumat üçün what's app üzərindən əlaqə vasitəsi:  

050-368-12-72

0 Komment

    Şərh yazın

    Xəbərlər