ŞAD XƏBƏR! Vergi ödəyicisinə yalnız iki fəaliyyət üzrə kod-parolla daxil olmaq imkanı yaradılacaq? (1-ci yazı)

ŞAD XƏBƏR! Vergi ödəyicisinə yalnız iki fəaliyyət üzrə kod-parolla daxil olmaq imkanı yaradılacaq? (1-ci yazı)

MKS Academy-nin ekspertləri 1 yanvar 2025-ci il tarixdən Vergi Məcəlləsində qüvvəyə minməsi gözlənilən dəyişiklikləri izah edirlər

Vergi Məcəlləsinə dəyişikliklər layihəsi hazırlanıb. 1 yanvar 2025-ci il tarixdən qüvvəyə minməsi təklif olunan dəyişikliklər haqqında MKS Academy-nin ekspertləri silsilə yazılar hazırlayıb.

Vergi Məcəlləsinin 13.2.72-ci maddəsinə əsasən, elektron kabinet vergi ödəyicisi kimi uçota alınma zamanı təqdim edilən ərizəyə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılan, gücləndirilmiş elektron imza və (və ya) vergi orqanı tərəfindən verilən kod-parol ilə daxil olmağa imkan verən, vergi ödəyicisi ilə vergi orqanı arasında qarşılıqlı məlumat mübadiləsini təmin edən fərdi elektron səhifədir. 
Qeyd edək sonuncu dəyişikliklə 1 yanvar 2024-cü il tarixdən etibarən vergi ödəyiciləri üçün istifadəçi kodu, parol və şifrədən istifadənin məhdudlaşdırılmasına qərar verilib. 1 may 2024-cü il tarixdən kod-paroldan istifadə imkanı tam olaraq məhdudlaşdırılıb. Ancaq sentyabrda vergi ödəyiciləri üçün kod-paroldan istifadə imkanına qoyulan məhdudiyyət aradan qaldırılıb.
1 yanvar 2025-ci il tarixdən Vergi Məcəlləsində edilməsi təklif edilən dəyişikliyə əsasən, kod –paroldan istifadə imkanı Vergi Məcəlləsinin 218.4.1-ci maddəsi və 220.10-cu maddələrində nəzərdə tutulan vergi ödəyicilərinə yaradılacaq. 
Qeyd edək Vergi Məcəlləsinin 218.4.1-ci maddəsi mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə (beynəlxalq sərnişin daşımaları istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində sərnişin daşımalarını (o cümlədən taksi ilə) həyata keçirən şəxsləri nəzərdə tutulur. Vergi Məcəlləsinin 220.10-cu maddəsi isə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan vergi ödəyicilərini (dərzi, bərbər, pinəçi və s.) nəzərdə tutur.
Beləliklə, Vergi Məcəlləsinə təklif edilən dəyişikliklər təsdiq olunarsa, “Fərqlənmə nişanı” (sərnişindaşıma fəaliyyətinə  münasibətdə)  və  “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz”ni alan şəxslərin kod-paroldan istifadəsində hər hansı məhdudiyyət olmayacaq.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

Satışı davam edənlər:

1.  "Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS tələblərinin izahı" 2024 

2. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu 
3.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) 
4. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 
5. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  
6. ƏMAS Platforması - 2024 (II nəşr)
7. A-dan Z-yə: Kargüzarlıq - V nəşr
8.  Vergi Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə) 
9.  Vergi uçotu A-dan-Z-yə - VIII nəşr

Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:

1. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
2. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
3.  Vergi Platforması - I nəşr

 

Sifariş və məlumat üçün what's app üzərindən əlaqə vasitəsi:  

050-368-12-72

0 Komment

    Şərh yazın

    Xəbərlər