Elektron alış aktı ilə bağlı hansı vacib məqamlar nəzərə alınmalıdır? (4 VACİB MƏQAM)

Elektron alış aktı ilə bağlı hansı vacib məqamlar nəzərə alınmalıdır? (4 VACİB MƏQAM)

Satışı davam edən "Vergi uçotu: A-dan Z-yə" (VIII nəşr) kitabından seçmə

Vergi Məcəlləsinin 71-2.2-ci maddəsinə əsasən, elektron alış aktının forması, tətbiqi, uçotu və istifadəsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 iyul 2020-ci il tarixli, 243 nömrəli Qərarı ilə “Elektron alış aktının formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nı təsdiq edilib.
Həmin qaydalardan bəzi vacib məqamları qeyd edirik. 
Birinci məqam. Elektron alış aktının nömrələnməsi proqram təminatı tərəfindən həyata keçirilir. Qaydaların 2.4-cü maddəsində qeyd edilir ki, elektron alış aktının seriyası, nömrəsi və verilməsi tarixi proqram tərəfindən avtomatik generasiya olunur.
İkinci məqam. Elektron alış aktını öncəki tarixlər üzrə hazırlamaq mümkün olmur. Qaydaların 2.6-cı bəndinə əsasən, elektron alış aktının hazırlanaraq qeydə alındığı tarix həmin elektron alış aktının verilməsi tarixi sayılır.
Üçüncü məqam. Elektron alış aktında malın adının dəqiq qeyd edilməsi mütləq tələbdir. Qaydaların 2.9-cu maddəsində qeyd edilir ki, elektron alış aktı tərtib edilən zaman alınmış malların dəqiq adı qeyd edilmədən ümumiləşdirilmiş adlardan istifadə edilməsinə (məsələn, “mallar”, “tikinti materialları” və digər bu kimi adlar) yol verilmir. Bir məsələni qeyd edək ki, elektron qaimə-fakturada olduğu kimi  malların adlarının daxil edilməsi zamanı fəaliyyət kodundan istifadə edilir.  Misal üçün, vətəndaşdan fındıq və şabalıd məhsulları aldıqda malın adını kənd təsərrüfatı məhsulu kimi qeyd etmək qaydalara ziddir.
Vergi ödəyicisi “Malların alış aktı”nda məlumatları əllə daxil etsə də, elektron qaimə-fakturada təqdim edilən fəaliyyət kodları üzrə seçim edir. Amma vergi ödəyicisi findiq və ya şabalıd alırsa, daxil etdiyi məlumatlarda “kənd təsərrüfatı məhsulları” kimi ifadədən istifadə etməsi qaydalara ziddir.
Dördüncü məqam əməliyyat üzrə düzəlişlərin həyata keçirilməsi ilə bağlıdır. Qaydaların 3.6-cı maddəsinə əsasən, əməliyyatın qismən ləğv edilməsi, o cümlədən malların qismən geri qaytarılması halında elektron alış aktının “Xarakteri” rekvizitində “Əməliyyatın qismən ləğvi” bölməsi seçilməklə tərtib edilən düzəliş zamanı elektron alış aktına proqram təminatı tərəfindən yeni seriya və nömrə verilir. Vergi ödəyicisi tərəfindən tərtib edilmiş elektron alış aktında göstərilən məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlara (kağız daşıyıcıda tərtib edilmiş və vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalanmış alış aktına) uyğun olmadığı halda elektron alış aktının “Xarakteri” rekvizitində “İlkin uçot sənədləri üzrə səhv” bölməsi seçilməklə tərtib edilən düzəliş zamanı elektron alış aktına proqram təminatı tərəfindən yeni seriya və nömrə verilmir.  Elektron alış aktının elektron qaydada doldurulması “Elektron vergi platforması” kitabında izah olunduğu üçün bu nəşrimizdə təkrarçılığa yol vermirik.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

Satışı davam edənlər:

1.  "Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS tələblərinin izahı" 2024 

2. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu 
3.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) 
4. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 
5. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  
6. ƏMAS Platforması - 2024 (II nəşr)
7. A-dan Z-yə: Kargüzarlıq - V nəşr
8.  Vergi Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə) 
9.  Vergi uçotu A-dan-Z-yə - VIII nəşr

Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:

1. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
2. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
3.  Vergi Platforması - I nəşr

 

Sifariş və məlumat üçün what's app üzərindən əlaqə vasitəsi:  

050-368-12-72

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər