Vergi ödəyicisi işçisinə borc verdiyi halda gəlir vergisi necə hesablanır?

Vergi ödəyicisi işçisinə borc verdiyi halda gəlir vergisi necə hesablanır?

Satışı davam edən "Vergi uçotu: A-dan Z-yə" (VIII nəşr) kitabından seçmə

Vergi Məcəlləsinin 98.2 və 98.2.1-ci maddələrinə əsasən, fiziki şəxsə banklararası kredit hərracında olan faiz dərəcəsindən aşağı faiz dərəcəsi ilə ssuda verildiyi halda - bu tipli ssudalar üzrə banklararası kredit hərracında olan faiz dərəcəsinə uyğun faizlə ödənməli olan məbləğlə aşağı faiz dərəcəsinə uyğun ödənməli olan məbləğ arasındakı fərq məbləği muzdlu işlə əlaqədar gəlir hesab olunur.
Vergi Məcəlləsinin müvafiq maddələrinin tələblərini başa düşmək üçün fikrimizi misal üzərində izah edək. 
Mİsal.  Vergi ödəyicisi  öz işçisinə illik 7 faiz dərəcəsi ilə 3000 manat ssuda verib. Azərbaycan Respublikası Mərkəzi Bankının aylıq hesabatında qeyd olunub ki, banklararası kreditlər üzrə orta illik faiz dərəcəsi həmin ayda 9 faiz olub. Bu zaman 2 faizlik (9 faiz – 7 faiz) fərq işçiyə verilən ssuda məbləğinə vurulur. Alınan 60 manat (3000 manat x 2 faiz) işçinin gəliri hesab edilir və həmin ay üzrə əmək haqqının üzərinə əlavə edilir. Hesab edək ki, işçinin əmək haqqı 400 manatdır, o zaman həmin ay icbari ödənişlər 400 manatdan deyil, 460 manatdan (400 manat + 60 manat) hesablanacaq.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

Satışı davam edənlər:

1.  "Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS tələblərinin izahı" 2024 

2. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu 
3.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) 
4. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 
5. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  
6. ƏMAS Platforması - 2024 (II nəşr)
7. A-dan Z-yə: Kargüzarlıq - V nəşr
8.  Vergi Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə) 
9.  Vergi uçotu A-dan-Z-yə - VIII nəşr

Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:

1. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
2. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
3.  Vergi Platforması - I nəşr

 

Sifariş və məlumat üçün what's app üzərindən əlaqə vasitəsi:  

050-368-12-72

0 Komment

    Şərh yazın

    Xəbərlər