Yük avtonəqliyyatı üçün elektron yol vərəqi necə tərtib edilməlidir?

Yük avtonəqliyyatı üçün elektron yol vərəqi necə tərtib edilməlidir?

Satışı davam edən "Vergi uçotu: A-dan Z-yə" (VIII nəşr) kitabından seçmə

Nazirlər Kabinetinin 4 oktyabr 2023-cü il tarixli, 355 nömrəli Qərarı ilə “Elektron əmtəə-nəqliyyat qaiməsinin forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın və “Yük avtonəqliyyatı üçün elektron yol vərəqinin forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın tələblərini nəzərdən keçirək. Qaydalara əsasən, həm elektron əmtəə-nəqliyyat qaiməsi, həm də yük avtonəqliyyatı üçün elektron yol vərəqi Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “AYNA” informasiya sistemində hazırlanır.  
Qeyd edək 1 mart 2024-cü il tarixdən əmtəə-nəqliyyat qaiməsinin və yol vərəqinin elektron qaydada tərtib edilməsi ilə bağlı elektron xidmət istifadəyə verilib. Xidmətdən istifadə etmək üçün https://e-xidmet.ayna.gov.az/ portalına daxil olaraq, müvafiq bölməni seçmək lazımdır. 

...
Bəs, yük avtonəqliyyatı üçün elektron yol vərəqi hansı hallarda tərtib edilir? Qaydalara əsasən, yük daşıyan avtonəqliyyat vasitəsinin fəaliyyətinin uçotunu həyata keçirmək üçün tətbiq edilən elektron yol vərəqi əsasında həmin nəqliyyat vasitəsi ilə görülən işin və sərf edilən yanacağın həcmi müəyyən edilir. 
Deməli, elektron əmtəə-nəqliyyat qaiməsində əasən daşınan yüklər üzrə məlumat edilirsə, elektron yol vərəqisində isə  əsasən, nəqliyyat vasitəsinin hərəkəti və sərf edilən yanacağın miqdarı qeyd edilir.
Mİsal 1. Vergi ödəyicisi tikinti materiallarını özünün nəqliyyat vasitəsilə sifariş edən şəxsə göndərir. Bu zaman vergi ödəyicisi yüklər haqqında məlumat daxil etməklə elektron əmtəə-nəqliyyat qaiməsi tərtib etməlidir. Həmçinin də, nəqliyyat vasitəsi üçün elektron yol vərəqi tərtib etməlidir.
Mİsal 2.  Vergi ödəyicisi kənd təsərrüfatı məhsullarının kənddə fəaliyyət göstərən istehsalçıdan alınmasını həyata keçirir. Yükalan qismində çıxış edən vergi ödəyicisi elektron əmtəə-nəqliyyat qaiməsi tərtib edərək qarşı tərəfə göndərir. Bu zaman elektron əmtəə-nəqliyyat qaiməsi kağız daşıyıcıda qanunvericiliyə uyğun olaraq çap edilərək vergi orqanında uçotda olmayan şəxs tərəfindən imzalanmalıdır.
Mİsal 3.  Vergi ödəyicisi yüklərin daşınmasını  digər vergi ödəyicisi olan daşıyıcıya həvalə edir. Bu zaman vergi ödəyicisi elektron əmtəə-nəqliyyat qaiməsini təsdiq üçün daşıyıcının informasiya sistemində yaradılmış elektron kabinetinə göndərməlidir.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

Satışı davam edənlər:

1.  "Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS tələblərinin izahı" 2024 

2. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu 
3.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) 
4. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 
5. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  
6. ƏMAS Platforması - 2024 (II nəşr)
7. A-dan Z-yə: Kargüzarlıq - V nəşr
8.  Vergi Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə) 
9.  Vergi uçotu A-dan-Z-yə - VIII nəşr

Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:

1. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
2. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
3.  Vergi Platforması - I nəşr

 

Sifariş və məlumat üçün what's app üzərindən əlaqə vasitəsi:  

050-368-12-72

1 Komment

  1. Heydər 29 Sentyabr 2024

    Əmtəə yol qaiməsi lazım olmayan əlavə bir işdir! Elektron yol vərəsi olsa bir dənə bəs edər onu təkmilləşdirmək lazımdır!

Şərh yazın

Xəbərlər