ƏDV bəyannaməsi üzrə hansı tip kameral uyğunsuzluq məktubları daxil olur? (Növbəti 4 hal)
Satışı davam edən "Vergi uçotu: A-dan Z-yə" (VIII nəşr) kitabından seçmə
Fikrimizcə, ƏDV bəyannaməsinin hazırlanması və doldurulması haqqında kifayət qədər məlumat verdik. İndi isə bəyannamə və əvəzləşdirmə üzrə daxil olan kameral uyğunsuzluqlar haqqında geniş açıqlama təqdim edirik. Məqsədimiz bəyannamədə göstəriciləri daxil etdikdə hansı göstəricilər AVİS proqramı üzrə yoxlandıqdan sonra kameral uyğunsuzluq məktubları göndərilməsini diqqətinizə çatdırmaqdır.
...
Beşinci hal. Gömrük bəyannaməsi üzrə əvəzləşdirilən ƏDV məbləğlərinin də vergi orqanı tərəfindən yoxlanılması həyata keçirilir. Mümkündür ki, vergi orqanı yük gömrük bəyannaməsindəki ƏDV məbləğini ƏDV bəyannaməsində yanlış qeyd etsin. Bu zaman vergi orqanı tərəfindən vergi ödəyicisinə aşağıdakı formada kameral uyğunsuzluq məktubu göndəriləcək:
Altıncı hal. ƏDV ödəyicisinin bəzi hallarda cari bəyannamədə qeyd etdiyi yük gömrük bəyannaməsi üzrə məlumatlar vergi orqanının bazasında olmur. Bu halda vergi ödəyicisinə vergi orqanı tərəfindən aşağıdakı formada kameral uyğunsuzluq məktubu göndərilir:
Qeyd edilən səbəblərin baş vermə əsasları fərqli ola bilər. Mümkündür ki,ƏDV ödəyicisinin malları gömrük idarəsinə ayın sonunda daxil olsa da, malların idarədən çıxarılması növbəti ayda baş verib. Bu halda ƏDV ödəyicisi yük gömrük bəyannməsini cari ayda işlədiyi halda vergi orqanının bazasında həmin məlumatlar növbəti ayda qeyd olunur. Başqa bir hal da mümkündür ki, ƏDV ödəyicisi qeyd etdiyi yük gömrük bəyannmaəsinin seriyasında və ya VÖEN-də texniki yanlışlıq olsun.
Yedinci hal. Son zamanlar vergi orqanından ƏDV bəyannaməsi üzrə daxil olan uyğunsuzluq məktublarının bəziləri son 3 il üzrə qarşılıqlı məlumatların təhlili ilə bağlıdır:
Kameral uyğunsuzluq məktubunda qeyd edilən hal o zaman baş verir ki, ƏDV depozit hesabına daxil olan məbləğlə bəyan edilməyən məbləğ arasında fərq olsun. Mümkündür ki, ƏDV depozit hesabına daxil olan vəsaitdən geri qaytarma olsun. Digər hal da mümkündür ki, ƏDV ödəyicisi bəyanamə üzrə ƏDV-nin hesablanmasını düzgün həyata keçirməsin.
Qeyd edək ki, qarşılıqlı məlumatların yoxlanılması Dövlət Gömrük Komitəsindən məlumatların daxil olması zamanı da aparılır:
Səkkinci hal. ƏDV daxilindəki avans məbləğinin Mənfəət vergisi bəyannaməsinin 1 saylı Əlavəsində qeyd edilən məbləğlə uyğun gəlməməsidir. ƏDV ödəyicisinin il ərzində təqdim etdiyi ƏDV bəyannaməsindəki avans məbləği Mənfəət vergisi bəyannaməsindəki göstərici ilə uyğun gəlməzsə, vergi orqanı tərəfindən aşağıdakı formada kameral uyğunsuzluq məktubu göndərilir:
Satışda olan YENİ nəşrlərimiz:
Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]
Satışı davam edənlər:
1. "Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS tələblərinin izahı" 2024
2. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu
3. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (III nəşr)
4. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024
5. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)
6. ƏMAS Platforması - 2024 (II nəşr)
7. A-dan Z-yə: Kargüzarlıq - V nəşr
8. Vergi Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə)
9. Vergi uçotu A-dan-Z-yə - VIII nəşr
Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:
1. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
2. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
3. Vergi Platforması - I nəşr
0 Komment
Şərh yazın